"Azərbaycana qarşı yeni oyun dalğası başlanıb" — deputatdan AŞPA-nın qəbul etdiyi qərara ETİRAZ

Siyasət 29-04-2018, 08:00
"Azərbaycana qarşı yeni oyun dalğası başlanıb" — deputatdan AŞPA-nın qəbul etdiyi qərara ETİRAZ














Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın Azərbaycana qarşı qəbul etdiyi “korrupsiya hesabatı” adlanan sənədə sərt etirazını bildirib.
S.Qafarova "Ölkə.Az"a açıqlamasında deyib ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası qurumun iç üzünü, anti-Azərbaycan mövqeyini bir daha açıb göstərib:

"Bu "korrupsiya hesabatı" adlanan kağız parçası Azərbaycan əleyhinə olan bəzi deputatların fərziyyələri, gümanları əsasında hazırlanıb. Heç bir hüquqi əsası olmayan, fərdi şəkildə hazırlanan bu kağız parçası bir daha bu qurumda ölkəmizə qarşı aparılan ikili standartları təsdiqlədi. Bu kağız parçasında yazılanlar qeyri-obyektiv və qərəzlidir. Bu “hesabat” tam anti-Azərbaycan və islamofob xarakteri daşıyır".
Deputat qeyd edib ki, bu, qurumdakı ermənipərəst deputatların qurduğu növbəti oyundur:
"Bu, indiyədək həyata keçirilmiş anti-Azərbaycan hücumların kulminasiya nöqtəsi idi. Bəlkə də ölkəmizə qarşı yeni oyun dalğası başlanıb. AŞPA-nın monitorinq komitəsi var, onun funksiyası və fəaliyyəti müxtəlif dairələrin mənafelərinə xidmət edir. Monitorinq komitəsinin siyahısında olan ölkələrə nəzər salsaq görərik ki, hamısı tam müstəqil siyasət yürüdən ölkələrdir. Aparılan monitorinqlər isə bu ölkələrə təzyiq məqsədi güdür. Niyə Azərbaycana qarşı bu gün belə təzyiqlər mövcuddur? Azərbaycanın apardığı müstəqil siyasəti gözü götürməyənlər var. Azərbaycanın güclü Prezidenti var. Prezident seçkiləri bütün dünyaya göstərdi ki, xalqımız öz Prezidentinə inanır, onun siyasi kursunu dəstəkləyir. Ölkəmiz sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edir. Bütün bunları bəzi qüvvələrin gözləri götürmür. Bizə qarşı olan bütün bu hücumlar ölkəmizin müstəqilliyini, daxili stabilliyini pozmağa yönəlib. Mən əminəm ki, dövlətimiz xalqımızla birlikdə yad əllərin müstəqilliyimizə, sabitliyimizə uzanmasına imkan verməyəcək".
Oxunub: 264
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10