backend

HƏR BİR VƏTƏNDAŞIMIZ 2302 DOLLAR BORCLUDUR – Xarici borclarımızı kim və nə vaxt ödəyəcək?

HƏR BİR VƏTƏNDAŞIMIZ 2302 DOLLAR BORCLUDUR – Xarici borclarımızı kim və nə vaxt ödəyəcək?

Beynəlxalq Valyuta Fondunun (BVF) hesablamalarına görə, Azərbaycanın xarici borcu 22 milyard 566 milyon dollar təşkil edir ki, bu da adambaşına 2302 dollar borc deməkdir. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu facebook səhifəsində məqalə dərc edib.
O yazır:

"Beynəlxalq Valyuta Fondu və Dünya İqtisadiyyatının İnkişaf perspektivləri icmalının birgə tərtib etdiyi dövlət borcu xəritəsində Azərbaycanın bu ilin əvvəlinə müvafiq göstəricinin ÜDM-də 54,7 faiz olduğu qeyd olunub. Bu göstərici ölkəmizlə müqayisəyə gələn Rusiya, Qazaxıstan, Moldova, Belarus, Gürcüstan və Ermənistana nisbətən pisdir. Xəritədən görünür ki, post-sovet məkanında borc göstəricisi üzrə yalnız Ukraynan ilə müqayisədə yaxşı durumdayıq.
Ötən ilki ÜDM-in 70 milyard 135.1 milyon manat olduğunu nəzərə alanda BVF-nin hesablamalarına görə, Azərbaycanın xarici borcu 38 milyard 363,9 milyon manat və ya 22 milyard 566 milyon dollar təşkil edir ki, bu da adambaşına 2302 dollar borc deməkdir.
HƏR BİR VƏTƏNDAŞIMIZ 2302 DOLLAR BORCLUDUR – Xarici borclarımızı kim və nə vaxt ödəyəcək?
Təəssüflər olsun ki, Azərbaycanda rəsmi statistika bu sahədə gerçək vəziyyəti təhrif edir. Belə ki, Azərbaycan Maliyyə Nazirliyinin açıqlamasına görə, 1 yanvar 2018-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə olan nisbəti 22.8 faiz göstərilib.
Milli statistikanın işsizlik, inflyasiya və yoxsulluq da daxil olmaqla bu tip göstəriciləri dəfələrlə saxtalaşdırdığını nəzərə alaraq daha mötəbər mənbə hesab etdiyim BVF və Dünya İqtisadiyyatının İnkişaf perspektivləri icmalının birgə tərtib etdiyi dövlət borcu xəritəsini sizin diqqətinizə təqdim edirəm.
Baxın və müqayisə edin. Nəticə çıxarın görək ildən ilə artan xarici dövlət borclarını kim, nə vaxt və necə ödəyəcək?"
Qaynarxett.az