backend

“Radar”a düşən mənəvi dəyərlərimiz...

“Radar”a düşən mənəvi dəyərlərimiz...















Təxminən 4-5 ilin söhbətidir. Yaxın bir qohumum, sürücülük vəsiqəsi almaq üçün fəaliyyət göstərən sürücülük kurslarının birinə adını yazdırıb, ödənişini edibmiş. Sürücülük kursunda çalışan müəllimlərdən biri ona problemsiz sürücülük vəsiqəsi alıb vermək üçün 850 manat pul istəmişdi. Həmin qohum bunu bir az ucuz düzəlməsinə kömək etməyimi məndən xahiş etdi. Mən məsələnin nə yerdə olduğunu eşidib öz-özümə “asıb-kəsib” özümü göstərirmiş kimi bunun uzağı 250-350 manat xərci olduğunu və həmin məbləğə düzüb qoşacağımı inamla bildirdim. Düzü bu sahəyə marağım olmadığından baş verən “reallıqlar”dan da xəbərsiz idim. Bəzən dost-tanışların da bu haqda etdikləri söhbətləri mənə o qədər inandırıcı görünmürdü. Odur ki, mənə güvənilib edilən xahiş və mən özümə güvənərək verdiyim sözü tutmaq üçün bu sahəni bilən bir neçə nəfər tanışla görüşüb, ümumi mənzərəni öyrənmək üçün söhbətlər etdim. Hətta tanışların birinin köməkliyi ilə bu sahəyə məsul idarənin kiçik bir işçisi ilə görüşüb söhbət də etdim. Öyrəndim ki, deyilən məbləğin yarıdan çoxu “toxunulmaz” məbləğdir, qalan 200-300 manatdan da “hörmət” xatirinə bizə 100-150 manat “güzəşt edə” bilərlər. Bunları eşidəndən sonra utanaraq həmin qohuma bildirdim ki, bu artıq mən “girən iş” deyil. Yəni, müəlliminə istədiyi pulu ver, get problemsiz sürücülük vəsiqəni al.

Bundan təxminən bir neçə il sonra qonşuluğumda yaşayan birinin bir ilə yaxındır ki, sürücülük vəsiqəsi almaq üçün hər ay imtahan verməyə getdiyini öyrəndim. Həmin qonşu inad göstərib bir “köpük” də verməyəcəyini deyib, özü imtahan verib sürücülük vəiqəsi alacağını qarşısına məqsəd qoyduğunu söylədi. Hətta bildirdi ki, ayda 2-3 dəfə imtahana gedir, səhv cavab verdiyi də olub, düz cavabını da çox vaxt səhv çıxarıblar. Məsələnin nə yerdə olduğunu anlayıb “Allahın ona kömək etməsini” diləyib mənzil başına çatdığım üçün sağollaşıb sürücülük vəsiqəsi olmadan idarə etdiyi maşınından düşdüm...

Yaxın bir qohumum sürücülük vəsiqəsi almaq niyyətində olduğunu mənə bildirdi. Bundan ötürü hətta kimlərləsə danışıq da apardığını mənə söylədi. Bildirdi ki, bu işdə “maklerlik” edən ondan bu işin həll olunması üçün 960 manat istəyib. Amma adımı gərək sürücülük kurslarının birinə yazdırım dedi. Biləcəri qəsəbəsində fəaliyyət göstərən sürücülük kurslarının biri 130 manat müqabilində 40-45 gün müddətinə kursu bitirməyinə dair arayış verə biləcəyini söyləməsini mənə dedi. Mən qohuma 130 manat pul verib danışdığı kursa ödəmək üçün yola saldım. Bildirdim ki, hələ ki, kursu bitirmək haqqında arayış al, vəsiqənin alınmasında danışıb məbləği aşağı saldıra bilərəm. Çünki həmin məbləği qohuma mən verəcəkdim. Odur ki, yaxın tanışlara çıxıb, Ağsu rayonunda sürücülük vəsiqəsi verən idarənin rəisinə yaxın birinə tapdım. Lakin qohumum tələsib, özünün tapdığı “makler”lə işi problemsiz, bir günə görüb sürücülük vəsiqəsini götürüb gələcəyinə məni inandırdı. Mənim tanışlarımdan hələ müsbət bir cavab almadığımdan soruşanda da “gözlə görək, demişəm” deməsi, qohumumsa tələsməsi qohumun istəyini etməyə məni məcbur etdi. 960 manatı qohuma verib Ağsu rayonuna yola saldım. Həmin gün qohum sürücülük vəsiqəsinə dair ödəniləcək dövlət rüsumunun və kiçicik xərcin ödədiyinə görə “makler”lə danışdığı məbləğdən az olduğuna görmi, yoxsa qohumun dediynə görə, “makler”in həmin gün bir neçə nəfərə sürücülük vəsiqəsi alıb verdiyinə görəmi bunların işi növbəti həftələrin birinə qalır. Bu barədə mənimlə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlayan qohum bildirdi ki, onun tanışı, yəni “makler” qohuma pulu və sənədləri onda qoyub getməsini istəyir. Mən buna etiraz edib pulu və sənədləri alıb gətirməsini istədim. Qohum münasibətə görəmi, əlaqənin kəsilməsini istəmədiyinə görəmi sənədləri və puldan 100 manatı “makler”də qoyub gəlir. Bundan bir neçə gün sonra isə mənim tanışım bildirdi ki, rəisin öz əmisi oğludu, məsələni danışıb, gəlnə həftə gedib orada rəisin köməkçisi və sürücüsü Fərid adlı biri var, ona yaxınlaşıb, 860 manatı və sənədləri verib desin “məni SƏməndər müəllim göndərib”. Mən qohuma bunu deyib, pulu və sənədləri “makler”dən götürməyini tapşırdım. İki həftədən sonra qohumun tapdığı “makler” pul qohuma göndərib, sənədləri Ağsuya gələndə götürə biləcəyini söyləyib. Deyilən vaxtda qohum Ağsu rayonuna gedib. Fəridlə görüşüb, onu kimin göndərdiyini Fəridin diqqətinə çatdırıb. Fərid pulu və sənədləri götürüb, qohumun dediyinə görə rəis müavini Fİkrət müəllimin xidməti otağına girib, məsələni ona deyəndən sonra onu imtahana buraxıblar. Qohumun tapdığı “makler” məsələni bilib, kimlə görüşüb, kimlə danışıb bilmirəm, artıq təlimdən keçib, kompüter qarşısında imtahan verib, şəkli çəkilib, sürücülük vəsiqəsi alacağı məqamın yetişdiyini gözləyən qohumumu Fərid çağırıb, onun “makler” kimi təqdim etdiyim, Qubadla hansı münasibətlərin olduğunu soruşub və bildirib ki, pulu və sənədləri götürüb getsin, ara sakitləşsin, özü zəng edib çağıranda gəlsin. Qohum məsələni mənə zəng edib çatdıranda telefonu Fəridə verməsini xahiş etdim. Fəridlə məsələnin nə yerdə olduğunu öyrənib anlayışlı şəkildə Fərid müəllimdən xahiş etdim ki, pul verəcəksən üstündən götürüb xərcləyəcək, ya da gətirib bizə verəcək, işimiz çıxacaq, nəfs güc gələcək, “düzəldib yerinə qoyaram” deyib götürüb üstündən xərcləyəcəyik, sabah da Siz çağıranda problemimiz yaranacaq. Odur ki, pul qoy Sizdə qalsın – deyib Fərid müəllimlə sağollaşdım. Fərid müəllim də məni anlayıb pulu götürüb saxladı, hətta qohuma 20 manat da çıxarıb yol pulu verib ki, daha baş verənləri üzrlü saysın. Bir neçə həftə keçəndən sonra, Fərid müəllimin zəngi olmadığını görüb qohum Ağsu rayonuna getdi. Fərid ona səhər tezdən gəlib tez-tələsik təkrar imtahan verib sürücülük vəsiqəsinin yazılıb verilməsinə söz verib. Qohum Fərid müəllimin dediyi kimi edib. Sürücülük vəsiqəsinin hazırlanıb verilməsi üçün gözləməli olub. Elə bu zaman “makler” kimi tanıdığı Qubad qohuma yaxınlaşıb bildirib ki, “Əgər mən istəməsəydim, sənə sürücülük vəsiqəsi verilməyəcəkdi”. Hətta inadla qohumdan soruşub ki, “inanmırsan?”. Qohum bununla xoş danışıb, sürüclük vəsiqəsini alandan bir xeyli sonra, qanunlarla idarə olunan dövlət idarəsinin bir “makler” əlində bu qədər aciz qalması məni narahat etdi. Yaxın bir mətbuat işçisi vasitəsilə heç bir ad çəkmədən Ağsu rayonunda sürücülük vəsiqəsi verən idarənin rəis müavininə məsələni danışdıq. Rəis müavini Fikrət müəllimin “Dövlətin qanunları var, o qanunlarla da biz fəaliyyət göstəririk” – deməsi məndə acı gülüş doğurmuşdu.

İndi budur, bir il bundan əvvəl baş verənlərdən sonra mən qohumun sürücülük vəsiqəsi almasına görə, onların öz tanışlarının vasitəsi ilə bizə güzəşt edilməsini xahiş etmişdik. “Makler”in 960 manata alıb verəcəyi sürücülük vəsiqəsini, tapşırılandan sonra 100 manat güzəşt edib 860 manata həll edəcəklərini bildirmələri və həmin pulu, rəisin köməkçisi və sürücüsü olan Fərid müəllimə və bu pulun Fərid müəllimin saxlamasını etdiyim xahiş barədə bildirəndə bunlar görün nə etdilər.

7-8 ay əlaqələrimiz olmayan tanışım mənə zəng edib, bu məsələnin nə demək olduğunu soruşdu. Bildirdi ki, bəs Fərid həmin pulun Səməndərlə mənə ödəməyini tapşırıb. Həm də xahiş edib ki, bu barədə heç hara müraciət etməsin. Məsələni həll edəcəyik. Mən məsələni belə qabartdığıma görə tanışımdan üzrxalıq istəyib, məsələni ona danışıb, mənim adımdan Səməndər müəllimdən də üzrxahlıq diləməsini xahiş edib, məsələni hələ heç hara çıxarmadığımı, sakitcə gətirib mənim 840 manat (20 manat qohuma yol pulu verdiyinə görə çıxdım) pulumu verməklərini istədim. Bildirdim ki, necıə olur məndən ötrü xahiş edəndə Sizə görə əmi oğluna görə deyilən məbləğdən 100 manat güzəşt edilir, amma qaytarmağa gəldikdə bütün məbləği Sizə niyə ödəməlisini? Mən pulu Sİzə göndərməmişəm, Sizdən xahiş etmişə kömək edilsin, sağ olun ki, siz də mən ötrü xahiş etmisiniz. Sizin xahişinizə görə 100 manat güzəşt edilib. Mən pulu Fəridə göndərmişəm, pulu da Fərid geri qaytarmalıdır.

Lakin Fərdi tez-tələsik qohumu taır, qohumun dünyadan köçmüşlərindən, qonum-qonşudan izahat alıb işə tikir ki, sürücülük vəsiqəsi almaq üçün heç kimə pul verməyib, özü imtahan verib alıb. Dağılasan a dünya...

Onun yazıb oxuması bir yana, yəni problemlidi, qohum əqrəbadan, dünyadan köçənlərdən arayış alıb işə tikməklə hər şey həll olunurmu?..

Axı Siz Fərid müəllim və Sizin rəis öz əmisi oğlu deyilən adamın sözünə görə cəmi 100 manat çıxır. Yəni qohumluq, tanışlıq bu qədərmi ucuzlaşıb?..

Bəlkə bizim mənəvi dəyərlərimiz də Sizin yollarda quraşdırdığınız “radara” düşüb?...

Mən pulumun qaytarılması üçün bütün hüquq-mühafizə qurumlarının qanuni xidmətindən, QHT-nın mətbuatın köməkliyindən istifadə edəcəm.

Elxas Comərdov.