backend

"Dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin" — Nura Suri "od püskürdü"

"Dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin" — Nura Suri "od püskürdü"















Müğənni Nura Surinin “Facebook” hesabındakı paylaşımı böyük marağa səbəb olub.
İfaçı aprelin 28-də “Crystall Hall”da baş tutan Kristina Aquilera konsertindən sonra Bayraq Meydanında dayanan taksi sürücülərinin azərbaycanlıları maşınlarına minməyə icazə vermədiyini yazıb.

O, həmçinin sürücülərin turistlərdən 5 manatlıq yol üçün 200-300 dollar tələb etdiyini də bildirib:
“Dünən “Crystall Hall”dakı konsertdən çıxıb Bayraq Meydanına tərəf gələn azərbaycanlılar orada dayanan taksilərə minə bilməyiblər. Səbəbi həmin taksilərin buna icazə verməməsi olub. Dayanan taksilər deyiblər ki, burada elə-belə durmuşuq. Yarısı da 5 manatlıq yolu minimum 20-30 dollara, turistlərə isə 200-300 dollara təklif ediblər. Turistlər taksi sifariş edə bilmədiyinə görə, sürücülər onlardan istifadə edib. Düşünüblər ki, yorğun olub minəcəklər.

Dövlətimiz, dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin. Sürücülərə kim belə bir haqq verib ki, camaatın içində bizi biabır edirlər?! Bu, nə xasiyyətdir?! Götürək ki, sən 400 manat aldın o turisti də harasa apardın. O da sənin maşının nömrəsini çəkdi, şikayət etdi. Söhbət uzandı, biabırçılıq oldu. Ya da 400-ü aldın, sabah həmin turist Azərbaycana gəlmədi. Sən yenə eyni cür yaşayacaqsan da! Niyə Azərbaycanı biabır edirsən?! Bütün dövlətlər bizi qonaqpərvər tanıyır. Sonuncu çörəyimizi qonağın qarşısına qoyuruq. Belə hərəkət etmək olar?! Biz nə vaxt gəlib bu səviyyəyə çatdıq?! Bu, nə biabırçılıqdır?!”

"Dövlət başçısı bu qədər iş görür ki, turizm inkişaf etsin" — Nura Suri "od püskürdü"