Mayda 3 gün ardıcıl iş olmayacaq

Sosial 30-04-2018, 10:07
Mayda 3 gün ardıcıl iş olmayacaq














Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May - Faşizm üzərində Qələbə günü və 28 May - Respublika günü iş günləri hesab edilmir.

Modern.az xəbər verir ki, 9 May - Faşizm üzərində Qələbə günü çərşənbə gününə, "28 May - Respublika günü isə bazar ertəsinə təsadüf edir. Bu səbəbdən də beşgünlük iş həftəsində çalışanlar üçün ardıcıl olaraq üç gün istirahət günü olacaq.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Kollegiyasının müvafiq qərarı ilə təsdiq edilmiş "2018-ci ilin istehsalat təqvimi"nə əsasən, 2018-ci ilin may ayı üzrə aylıq iş vaxtı norması 167 saat, 2018-ci il üçün illik iş vaxtı norması isə 1 919 saatdır.
Oxunub: 339
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10