Azərbaycan neftinin bir bareli 76 dollara satılır

250

Azərbaycan neftinin bir bareli 76 dollara satılır














CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,95 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə gününə olan göstəricidən 0,49 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti aprelin 30-da 75,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti aprelin 30-da 70,69 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə aprelin 30-da 75,11 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.