Dilənçilik, rüşvət… yeni gömrük şefi broker Əbülfəzlə əlbirdir yoxsa? – Anons!!!

Sosial 3-05-2018, 10:33
Dilənçilik, rüşvət… yeni gömrük şefi broker Əbülfəzlə əlbirdir yoxsa? – Anons!!!














Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev islahatların anonsunu verib. Amma bu islahatların açarı brokerlərin fəaliyyətini dayandırmaqdır

Çünki inhisarçılığı yaradanlar onlardırlar. Başda “Broker” MMC rəhbəri Əbülfəz Məlikov olmaqla…

FİA.Az-ın məlumatına görə, Ə.Məlikov gömrükdən kənarlaşdırılmasa heç bir islahat nəticə verə bilməz. Gömrüyün baş monopolistinin əlindən heç bir məhsul buraxılmır.

Əgər “Broker” MMC ilə hesablaşmasan, tələb olunan rüşvəti verməsən idxal mümkün deyil. Bunun zərərini də iş adamları və vətəndaşlar çəkirlər.

Ə.Məlikov barəsindən bir kitablıq, 10 cildlik məqalələr yazılıb. Faktlar, sübutlar qoyulub, gömrükdəki rüşvətdən xəbər verilib. Bunun nöqtəsini prezident qoyub.

Dövlət başçısı bildirmişdi ki, gömrükdə dilənçilik, biabırçılıq hökm sürür. Komitə sədri S.Mehdiyev isə fərqlənmək istəyirsə bu hallara son qoymalıdır. “Ticarətdə aparılan yeniliklər gömrük orqanlarında da yeni islahatları labüd edir”.

Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib. Onun sözlərinə görə, bu baxımdan strukturda, ümumiyyətlə, gömrük biznes münasibətlərində şəffaflığın daha da artırılması, büdcə gəlirlərinin formalaşdırılmasında yaxından iştirak edən gömrük orqanlarının infrastrukturunda çatışmazlıqların aradan qaldırılması, o cümlədən kadr islahatları ilə bağlı ciddi islahatlar aparılacaq.

Ölkədə sahibkarlığın vəziyyəti, prezidentin çoxsaylı fərmanlarına baxmayaraq, iş adamlarının hələ də üzləşdiyi süni maneələr qeyd-şərtsiz olaraq gömrük sisteminin mənzərəsidir.

Monopolistlərin maraqlarının müdafiəçisi kimi fəaliyyət göstərən Ə.Məlikov sahibkarlara qan uddurur, onları müflis olma həddinə çatdırır.

“Trans Broker” MMC əməkdaşları onların ölkəyə gətirdikləri məhsullardan əldə edə biləcəkləri ehtimal olunan gəlirin 60-70 faizini əvvəlcədən rüşvət olaraq tələb edirlər. Belə bir vəziyyət dünyanın heç bir gömrük sistemində müşahidə olunmur.

Üstəlik, bu qədər rüşvətdən sonra iş adamları gətirdikləri malın qiymətlərini rəsmi bəyənnamələrdə bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirməyə təhrik edilirlər.

FİA.Az-ın məlumatına görə, S.Mehdiyevin islahat anonsu o deməkdir ki, Aydın Əliyevin kadrları ilə vidalaşacaq.

O halda ilk növbədə Ə.Məlikovla yolları ayırmaq lazımdır. Broker Əbülfəz” adını qazanmış gömrük inhisarçısı prezident İlham Əliyevə, dövlətə və iş adamlarına qarşı pisliklər etməklə varlanır.

Onu himayə edən güclərin başında Dövlət Gömrük Komitəsi sədri, general Aydın Əliyev dayandığı iddia olunur.

İ.Əliyevin iqtisadi siyasətinə xəyanət edən komitə sədri ilə baş monopolist gömrükdə sahibkarlara “divan tutur”lar.

Ə.Məlikovun şəbəkəsi gömrükdə sahibkarları tələblərini yerinə yetirməyə məcbur edirlər. Tələblərdən imtina edən sahibkar sərhəddən heç bir mal ölkəyə keçirə bilməz.

Azərbaycana mal keçirmək istəyən istənilən şəxs, şirkət “Trans Broker” MMC-nin işçilərinə “haqq” ödəmək məcburiyyətindədir.

Sahibkarların gətirdiyi mallar Əbülfəz Məlikovun brokerlərinin adına rəsmiləşdirilib, rüşvəti də sahibkarlardan bu yolla alırlar.

İnvoys dəyəri 100 min dollar olan mal “Broker” MMC tərəfindən 15 min dollar kimi sənədləşdirilir və dövlət büdcəsinə 100 min dolların deyil, 15 min dolların gömrük rüsumu və ƏDV-si daxil olur.

Bu əməliyyat qurtarandan sonra əlavə olaraq sahibkar tərəfindən brokerlərə 20 min dollar rüşvət kimi verilir.

Bütün baş verən qanunsuzluqlarda isə “Broker” MMC-nin kilid isimlərindən biri də Anar Allahverdiyevdir.

Əslən Şamaxı rayonundan olan Anar Allahverdiyev “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun xalası oğludur.

Onun “Broker” MMC-nin “kassiri” və Əbülfəz Məlikovun ən etibarlı, inamlı adamı olduğu bildirilir.

Əldə etdiymiz məlumata görə Anar Allahverdiyev Əbülfəz Məlikovun xalası oğlu olmaqla yanaşı, həmçinin sirli “Broker” MMC-nin rəhbərinin gizli “kassası”dır.

Anar Allahverdiyevin xarici banklarda, xüsusən də ABŞ-ın kiçik və orta səviyyəli banklarında çoxlu sayda hesabları var və bu hesablarda Əbülfəz Məlikova aid olan pullar saxlanılır.

Elə Anar Allahverdiyevin də tez- tez ABŞ-a səfəri də bunula əlaqəlidir. 2010-cu ildən başlayaraq Anar Allahverdiyev Əbülfəz Məlikovun gizli “kassası” olaraq çalışmaqdadır.
Oxunub: 473
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 


ILK-10