backend

TƏCİLİ!!! Bu rayonda ara qarışdı - SAKİNLƏR AYAGA QALXDI...

TƏCİLİ!!! Bu rayonda ara qarışdı - SAKİNLƏR AYAGA QALXDI...

Kanalizasiya xətlərinin daşması və ətrafa kəskin qoxunun yayılması sakinləri bu addımı atmağa vadar edib

Tovuzun Düz Cırdaxan kənd sakinləri avtomobil yolunu kəsməyə cəhd ediblər. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bir müddət nəqliyyatın hərəkətində problem yaranıb. Belə ki, kənd sakinləri kanalizasiya xəttlərinin daşması və ətrafa kəskin qoxunun yayılması səbəbindən bu addımı atıblar.

Sakinlər dəfələrlə problem barədə aidiyyatı qurumlara məlumat verdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirərək etiraz olaraq yolu kəsmək qərarına gəldiklərini bildiriblər. Polis və rəhbər strukturların işə qarışmasından sonra məsələ həllini tapıb və nəqliyyatın hərəkəti bərpa edilib.

TƏCİLİ!!! Bu rayonda ara qarışdı - SAKİNLƏR AYAGA QALXDI...
Sputnik Azərbaycan-a açıqlama verən Düz Cırdaxan kənd bələdiyyə sədri Vasil Qəhrəmanov baş verən hadisədə sakinlərin də günahının olduğunu bildirib. Belə ki, kənd ərazisində yerləşən, lakin rayonun Mənzil İstismar İdarəsinin balansında olan ikimərtəbəli binalarda mərkəzi kanalizasiya sistemi yoxdur və onu alternativ quyular əvəz edir. Sakinlərin vaxtında kommunal xərcləri ödəməməsi və bir müddət aidiyyatı quruma aid xüsusi texnikanın nasaz olması quyuların dolub-daşmasına səbəb olub. Sakinlər isə vəziyyətdən çıxış yolunu yolu bağlamaqda görüblər.

Bələdiyyə sədri hazırda problemin aradan qalxdığını, aidiyyatı təşkilatlar tərəfindən quyuların təmizləndiyini bildirir.

Qaynarxett.az