backend

“Qarabağ” Ukraynada tarix yazdı

“Qarabağ” Ukraynada tarix yazdı


















Yeganə qolu oyunun 21-ci dəqiqəsində Muarem Muarem vurdu.

Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Dnepr”in qonağı olub.

qaynarxett.az xəbər verir ki, gərgin və maraqlı keçən oyunda təmsilçimiz minimal hesabla qələbə qazanıb.

Yeganə qolu oyunun 21-ci dəqiqəsində Muarem Muarem vurdu.

Bu qrupun digər oyununda isə “İnter” doğma meydanda “Sent-Etyen”in müqavimətini qıra bilməyib.

Beləliklə, III turun oyunlarından sonra komandamızın yer aldığı “F” qrupunda vəziyyət belədir:

1. “İnter” - 7
2. “Qarabağ” - 4
3. “Sent-Etyen” - 3
4. “Dnepr” - 1

Qeyd edək ki, bu qələbə həmçinin Azərbaycan futbolu tarixinə Avrokuboklarda qazanılmış ilk qələbə kimi düşdü.