backend

Prezidentin təyin etdiyi xidmət rəisindən örnək addım: Bütün məlumatları "facebook"da sizinlə paylaşacam

Prezidentin təyin etdiyi xidmət rəisindən örnək addım: Bütün məlumatları "facebook"da sizinlə paylaşacam














Dövlət Miqrasiya Xidmətinin yeni rəisi Vüsal Hüseynov cəmiyyətdən tərəfindən müsbət qarşılanan addım atıb.

Prezident İlham Əliyev aprelin 23-də imzaladığı "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” sərəncamla Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin rəisi təyin olunub.

Vüsal Hüseynov millət vəkili kimi fəaliyyəti zamanı sosial şəbəkələrdən ən faydalı istifadə edən rəsmilərdən idi. Xüsusən, 11 aprel Prezident seçkiləri öncəsi keçmiş deputatın faəliyyəti həmkarlarından kəskin dərəcədə fərqlənirdi.

Vüsal Hüseynovun xidmət rəisi təyin olunandan sonra da bu aktivliyi qoruyub-qorumayacağı sual altında idi. Təyinatdan sonra Vüsal Hüseynov bu haqda rəsmi səhifəsində status paylaşaraq, bütün suallara son qoydu: "Dostlar, təbrik, dəstək və xoş sözləriniz üçün təşəkkürlər! Mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə bağlı məlumat və yenilikləri Sizinlə paylaşacam".

Miqrasiyanın yeni rəisi bu statusdan sonra televiziyalara verdiyi müsahibələri də şəxsi səhifəsində paylaşıb.

Bu örnək addım cəmiyyət tərəfindən də müsbət addım kimi səciyyələndirilib. Vüsal Hüseynov bu jesti ilə Prezidentin təyin etdiyi yeni nazirlərin, məmurların xalqa daha da yaxın olacağının mesajını verib.

Ümid edirik ki, digər nazir və komitə rəhbərləri də 21-ci əsrin trendi olan sosial şəbəkələrə maraq göstərəcək, əhalini həm də sosial platformada dinləyəcək.

Xatırladaq ki, Vüsal Əfqan oğlu Hüseynov 12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub.
1986-1997-ci illərdə Bakı şəhərində Binəqədi rayonu 276 saylı orta məktəbdə təhsil alıb.

Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyat fakültəsinə daxil olub və 2001-ci ilin iyununda bakalavr dərəcəsi alıb.

2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.

2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2003-cü ilin sentyabrında UNEC-də magistraturaya daxil olub və 2005-ci ilin iyununda beynəlxalq iqtisadi münasibətlər üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə Vüsal Hüseynov Birləşmiş Krallığın Edinburq və London şəhərlərində John Smith təqaüdçüsü kimi liderlik və idarəetmə üzrə altı həftəlik John Smith programında iştirak edib.

2008-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub və 2012-ci ildə həmin fakültəni bitirib. 2009-cu ildə Vüsal Hüseynov iki xüsusi təlimin iştirakçısı olub.

O, iyul ayında Türkiyədə, İstanbulda keçirilən Mərkəzi Avrasiya Liderlik Akademiyasının liderlik təlimində iştirak edib. İki ay sonra - sentyabrda isə Passau Universitetininin korrupsiya iqtisadiyyatı üzrə ixtisaslaşmış yaxşı idarəçilik və islahat təlimində iştirak etmək üçün Almaniyaya gedib.

2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub. O, təhsili müddətində Xaricdə təhsil üzrə Dövlət proqramı çərçivəsində təqaüd alıb. 2011-ci ilin mayında Harvard Universitetinin inzibati idarəçilik üzrə magistr dərəcəsinə yiyələnib.

Evlidir, iki övladı var.