Xalq artistindən Zaur Kamala ağır sözlər: Axmaq-axmaq...

Şou-Biznes 10-05-2018, 10:42
Xalq artistindən Zaur Kamala ağır sözlər: Axmaq-axmaq...
















Xalq artisti, tanınmış diktor Sabir Ələsgərli aparıcıların efirdə özlərini apara bilməməsindən danışıb.

Açıqlama verən diktor belə həmkarlarına görə yerli televiziyalara baxmadığını bildirib:


"ATV-nin xəbər aparıcıları xoşuma gəlir, bir də Az.TV-nin verilişlərini izləyirəm. Onlarda səviyyə, peşə etikası qorunub saxlanılır. Amma şou verilişlərində həddi aşırlar. Məsələn, Zaur Kamal verilişdə çox şitlik edir, dəvət etdiyi qonağa axmaq-axmaq suallar verir. Bəzən qonaq onu gülə-gülə yola vermək məcburiyyətində qalır. Bəziləri də əsəbiləşir. Efiri məzhəkəyə çevirmək olmaz, ayıbdır. Şou verilişi o demək deyil ki, özünü istədiyin kimi aparasan. Qarşındakına və izləyicilərə hörmət etmək sənin borcundur. Belə verilişlərə baxanda çox əsəbiləşirəm, ona görə də baxmıram”.

/// yenicag.az
Oxunub: 322
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 


ILK-10