backend

Bakıdakı tükürpərdici qətl Türkiyə mətbuatında

Bakıdakı tükürpərdici qətl Türkiyə mətbuatında






















“Allahın istəyi ilə öldürdüm”.

Sırağagün Bakıda Pərvanə Nuriyevanın tələbə bacısı Günelin başını kəsərək qətlə yetirməsi Türkiyə mətbuatının diqqətindən yayınmayıb.

qaynarxett.az AzVision.az-a istinadən xəbər verir ki, Türkiyənin aparıcı KİV orqanları bu hadisəni işıqlandırıblar. Türk saytları Pərvanə Nuriyevanın gecə gördüyü yuxunun təsiri ilə bacısı Günel Nuriyevanı öldürdüyünü yazıb.

Məlumatda Günelin musiqi akademiyasında oxuduğu qeyd olunur. Həmçinin Pərvanənin ifadəsində səsləndirdiyi fikirlər də xəbərdə yer alıb.

“Allahın istəyi ilə öldürdüm. Gecə yuxuda vəhy gəldi. Bacını öldürməlisən, artıq vaxtı çatıb”.