backend

Trampın İranla bağlı ŞOK PLANI: rejim devriləcək və... -

Trampın İranla bağlı ŞOK PLANI: rejim devriləcək və... -

Nüfuzlu “The Washington Times” qəzeti ABŞ-ın İrandakı şok planı barədə yazıb.

Missiya.Az xəbər verir ki, yazıda ABŞ prezidenti Donald Trampın nüvə saizişinin ləğv etməsinin səbəbləri təhlil olunub.

Qəzet yazır ki, Tramp nüvə saizişindən çıxıb, sanksiyalar tətbiq etməklə İrana maksimun təziq etmək istəyir: “Prezident Tramp ümid edir ki, "maksimal təzyiq" və sanksiyalar İranı ən yaxşı nüvə saizişinə məcbur edəcək. Amma nəzərə almaq lazımdır ki, Tehran ABŞ-a güzəştə getməyəcək. Çoxları güman etməyə başlayıblar ki, ABŞ hakimiyyətinin indiki hədəfi İrandakı rejimi dəyişməkdir”, - “The Washington Times” yazır.

Müəllif Qay Teylor, ABŞ-da İran hakimiyyətini devirmək istəyən qüvvələrdən yazıb: “Milli Təhlükəsizlik üzrə məsləhətçi R.Bolton Con çoxdan İranın teokratik hökumətinin devirilməsi dəstəkləyir. O bunu administrasiyaya təyinatdan əvvəl də istəyirdi. İndi, Ağ Evdə post tutan Bolton eyni fikirləri səsləndirir və Tehranın indiki hakimiyyətinin yeritdiyi siyasəti qəbuledilməz hesab edir. Xüsusilə İranın Suriya və Yəməndəki müttəfiqlərini dəstəkləməsini, ballistik raket sınaqları keçirməsini qəbul edə bilmir”.

“Bəzi analitiklər güman edirlər ki, bu plan işləyəcək və 2015-ci il nüvə razılaşmasına tərəfdarı olan Avropa ölkələri öz fikirini dəyişdirəcəklər. Onlar Trampın yanaşması ilə razılaşacaqlar. Amma region üzrə təcrübəli ekspertlər Tehran rejiminin dəyişdirmə planının uğurlu olacağı ilə bağlı əvvəlcədən proqnozlar vermirlər”, - müəllif yazır.

Trampın İranla bağlı ŞOK PLANI: rejim devriləcək və... -

İran və "Altılıq ölkələrinin" iclası

Vaşinqtonda strateji və beynəlxalq tədqiqatlar Mərkəzindən Entoni Kordsmen isə güman edir ki, Trampın tələbləri o qədər genişdir ki, ABŞ praktik olaraq müttəfiqlərinin əl-qolunu bağlayır.

"Hərçənd Britaniya, Fransa, Almaniya, Çin və Rusiya hələ İranı dəstəkləyirlər. ABŞ və İran arasında seçimin perspektivi və İranla biznes əlaqələri olan xarici şirkətlərə qarşı ikinci sanksiya dalğasının gəlməsi qorxusu razılaşmanın saxlanılmasını imkansız edir", – məqalədə deyilir.

"Müttəfiqlər bununla barışacaqlar və onlar saizişi saxlamaqla bağlı cəhd etməyəcəklər”, - Silahlanmaya nəzarət və beynəlxalq təhlükəsizlik üzrə dövlət katibinin keçmiş müavini səfir Robert Cozef İranın Müqavimət Milli Şurasının təşkil etdiyi tədbirdə çıxış edək belə deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ prezidenti Donald Tramp İranla nüvə müqaviləsinə xitam verib. ABŞ-ı yalnız İsrail və Səudiyyə Ərəbistanı dəstəkləyib. ABŞ-ın müttəfiqləri isə İranla müqaviləyə sadiq qalacaqlarını elan ediblər.

Elvin Məmmədov
Missiya.Az