backend

TƏHSILI «SÜNNƏT TOYU»NA «QURBAN VERƏNLƏR»

TƏHSILI «SÜNNƏT TOYU»NA «QURBAN VERƏNLƏR»

“Sünnət toyu” 275 saylı məktəbdə dərs saatlarının arxa plana keçirilməsinə səbəb oldu

Atrıq bir neçə gündür ki, Bakı şəhəri, Suraxanı rayonundakı 275 saylı orta məktəblə bağlı dərc etdiyimiz açıqlamalar, bir çox media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilib. Bu günlərdə isə redaksiyamıza daha sensasiya doğura biləcək yeni məlumatlar daxil olub. Yəni, daxil olan məlumatlarda bildirilir ki, 4 may günü adı çəkilən təhsil müəssisəsində direktor müavini işləyən Ayişə müəllimənin nəvəsinin «Milord» şadlıq sarayında kiçik toy məclisi keçirilir. Belə bir səbəb üzündən də, həmin gün məktəbdə dərs saatları iflic olur. Çünki, adı çəkilən təhsil müəssisəsində ikinövbəlilik dərs saatları olsa da, 4 may günü ikinci növbədə oxuyan şagirdlər məktəbə gələrkən, onları geri qaytarırlar. Səbəb də, məktəb müəllimlərindən hər birinin kiçik toy məclisinə səfərbər olunmaları olur. Deməli, bu təhsil müəssisəsinə rəhbərlik edən Fəridə xanım Şərifova toy məclisinin əhəmiyyətini hər şeydən üstün tutur və şagirdlərin elmə, təhsilə yiyələnmələrini isə arxa plana keçirir. Sözsüz ki, bu cür addımların atılmasında, bəlli münasibətin ortaya qoyulmasında bir çox amillərin varlığı əsas səbəb olur.

Bütün bunlardan əlavə, redaksiyamıza daxil olan məlumatlarda o da vurğulanır ki, 275 saylı orta məktəbdə elə müəllimlər var ki, onlar atdıqları, yaxud da atmaq istədikləri addımları ilə özlərini kimlərinsə yanında “şirin salmaq” istəyirlər. Belə əməl sahibi olanlardan «Qaloş» ləqəbli Şahab müəllimlə bərabər, «50 manatlıq Şamxal» müəllimin olduğu da bildirilir. (Bütün məktəb kollektivi onları bu ləqəblə tanıyır) Çünki, redaksiyamıza çatdırılan məlumatlarda o da qeyd olunur ki, Deryaz.az saytında dərc olunan açıqlamalardan sonra, hər iki şəxs əməlli-başlıca “atakaya” keçiblər. Yəni, hər iki müəllim digər müəllimlərin qarşısında belə bir şərt qoyurlar ki, biz, adı «Dəryazçılar»la bağlı ərizə tətbiq edəcəyik və həmin ərizəni aidiyyəti orqanlara ünvanlayacağıq. Ona görə də kollektiv üzvlərindən hər kəs həmin ərizəyə imza atmalıdır. Əgər kimsə tərtib etdiyimiz ərizəyə imza atmazsa, o halda bəlli olacaq ki, 275 saylı orta məktəbdə yaşananlar haqda məlumatları mediaya ötürən həmin şəxslərdir və onlar «dəryazçılar»dır. Əgər kim bu ərizəyə imza atsalar,onlar isə»direktorçular»dır. Yəqin ki, belə bir addımların icra olunması yöndə edilən cəhdlər, rəhbərliyin vermiş olduğu tapşırıqların bir hissəsidir.

Adları çəkilən müəllimlərin digər müəllimlər qarşısında belə bir şərt qoymaları, artıq əndazənin aşılması deməkdir. Çünki, heç bir qanun, heç bir normativ hal həmin şəxslərə belə bir ixtiyarı vermir. Əslində bu cür addımların atılması, kollektiv üzvlərindən hər birinin hüquqlarının “mənən zorlanması”, açıq-aşkar şəkildə tapdalanması deməkdir.

Əgər Fəridə xanım Şərifova «qaloşlara», «50 manatlıqlara» belə bir tapşırıq veribsə, o halda onun atdığı addımını ağılsızlıq və savadsızlıq hesab etmək olar.

Fəridə xanım başda olmaqla kollektiv üzvlərinə onu bildirmək istəyirik ki, bizim onların heç biri ilə qərəzçiliyimiz yoxdur və istənilən zaman qarşı tərəf olaraq onların da mövqeyini dərc etməyə hazırıq. Hətta, dəfələrlə Fəridə xanıma zəng edib mövqeyini dərc etmək üçün ona tribuna verməyə hazır olduğumuzu bildirdikdə, o, hər zaman olduğu kimi bu dəfə də öz hikkəsindən əl çəkmədi və Baş Təhsil İdarəsindən suallarımıza cavab almağımızı təklif etdi. Biz də onun təklifini yerə salmadan Baş Təhsil İdarəsinə müraciətimizi ünvanladıq və suallarımızın cavabında onlardan aldığımız cavabları dərc etdik.
TƏHSILI «SÜNNƏT TOYU»NA «QURBAN VERƏNLƏR»
İndi isə keçək ikinci növbə dərs saatlarının iflic olunmasına səbəb olan sünnət toyuna əhəmiyyətinə.

Bu şəkillərdəki, məqalənin qəhrəmanlarına çevrilən Bakı Şəhəri üzrə Təhsil İdarəsində vaxtilə məsul vəzifə daşıyan Allahverdi Mirzəyev, həyot yoldaşı olan direktor müavini Ayişə xanım Məmmədova və Bakı Şəhəri üzrə Təhsil İdarəsində mühasib işləyən oğlu Rüfət Mirzəyevdir.Rüfət Mirzəyevin deməsinə görə Mərdəkanda 2 mərtəbəli villaları,2500 qoyunları,10 inəkləri,şəhərin mərkəzində 2 dənə bina evləri var. Sağlığınıza qismət! Sağ əliniz, 250 manat maaş alan müəllimlərə.. Kaş bunların yüzdən biri, bizlərə qismət olsun . Ümid edirik ki, bu toydan sonra Baş İdarədən gələn 50 nəfərin hesabına mənzillərin biri də artacaq

Bu isə məktəbin bufetini xırda-xuruş, o cümlədən «kalqotka «alverinə çevirən Ayişə xanımın «sağ əli» olan rus-dili müəlliməsi Xumar xanımdır. Mənbənin bildirdiyinə görə, məktəbin bufeti bir növ alverçi müəllimələrin, o cümlədən ətir satan Ziyafət müəllimənin, türk malları satan Hilalə müəllimənin, «porfumeriya alverçisi» adı ilə məşhurlaşan Pərvanə müəllimənin qeybət yerinə çevrilib. Xumar müəllimənin ətirinin qoxusu isə, məktəb xadimələrini nökər kimi işlədən,bir sözlə onlara qab yuduzduran, qutab çevirtdirən, şəkərbura naxışları vurduran Nəcibə xanımın aylarla perajki bişirilən qabın içərisində qalan və mənşəyi bilinməyən yağın iyisinə qarışmaqdadır.

Bu şəkildə isə çıxış edir «Hüseyinova bacıları»

Nə oldusa, nə baş verdisə bu dəfə Fəridə xanım «Dəryazın» kamersına tuş gəlmədi.

Bir sözlə, Allah mübarək eləsin! Böyük kişi olsun!..Amin deməyən dillər də lal olsun!

Ancaq Fəridə xanım bilməlidir ki, 1465 şagirdi və 240 müəllimi olan böyük bir təhsil müəssisəsi,bir nəfərin hikkəsi və şəxsi istəyi ilə deyil, təhsil haqqında qəbul olunmuş Qanunlarla qanunları idarə olunur. O, bu cür addımlarını atarkən heç olmazsa sələfi Elmira İsmayılovanı gözləri önünə gətirərdi. Baxmayaraq ki, Baş Təhsil İdarəsi ona bərk- bərk tapşırıq verib ki, heç bir jurnalistə açıqlama vermə, göndərin biz tərəfə…Bəs sonu nə ilə nəticələndi?

Bu gün «Dəryaz»ın yazdıqlarının hər biri öz təsdiqini tapır. Biz Fəridə xanıma heç zaman deməmişik ki, «vəzifəyə gələn kimi müavinlərini başına yığ və onlardan pul tələb et». Adı çəkilən xanım orda-burda danışıb, hətta kollektivdə çalışanlardan bəzilərinə «mən bu vəzifəyə 35000 manat pul verib gəlmişəm, ona görə də hər biriniz, o cümlədən Şölə Qasımova daxil olmaqla 5000 manat pul verməlisiniz» deyib.

«Dəryazçılar» olaraq biz demədik ki, Şölə Qasımovadan tələb etdiyiniz 5000 manatı ala bilmədiyiniz üçün, onun haqqında təqdimat yazıb qanunsuz olaraq işdən çıxardasınız. O da, sizi və Baş İdarəni məhkəməyə versin və pozulmuş hüquqlarının bərpasına məhkəmə qaydasında nail olsun?

Bizmi demişşdik ki,….

TƏHSILI «SÜNNƏT TOYU»NA «QURBAN VERƏNLƏR»
Baş verən olaylarla bağlı dərc etdiyimiz açıqlamalardan sonra belə bir qənaətə gəlmişik ki, Azərbaycan təhsilinə yeni idarəçilik üslubu ilə yeniliklər bəxş edəcək cənab Ceyhun Bayramov, 275 saylı orta məktəbdə baş verən çoxsaylı qanunsuzluqları diqqətdə saxlayacaq və yaxın vaxtlarda müvafiq qərarını da verəcək.

Yaşanan problemləri diqqətdə saxlayacağıq