backend

Xoşqədəm Hidayətqızı sükutu pozdu: 3 gün mənim üçün 3 əsr kimi oldu

Xoşqədəm Hidayətqızı sükutu pozdu: 3 gün mənim üçün 3 əsr kimi oldu






















“Və bir məlumatı da verim...”.

ATV-nin “Səni axtarıram” verilişinin aparıcısı, tanınmış jurnalist Xoşqədəm Hidayətqızı türk müğənni Doğuşla ailə həyatı qurması haqda yayılan xəbərlərə bu həftənin bazar günü aydınlıq gətirəcək.

qaynarxett.az xəbər verir ki, xəbər verir ki, bu barədə aparıcı Facebook səhifəsində məlumat verib:

“Əzizlərim, sizlər üçün darıxdım. 3 gün mənim üçün 3 əsr kimi oldu. Mən “Səni axtarıram”sız qala bilmərəm. Amma elə bilməyin, bu 3 gündə axtarışları unutdum, yox, əksinə 3 ildi aparılan axtarışları yekunlaşdırdım. Bir anaya verəcəyim o xoş xəbər üçün bilsəniz Bakıya necə tələsirəm. Və bir məlumatı da verim. Ailə qurmağımla bağlı bütün xəbərlərə bu bazar 22:00-dakı buraxılışımızda münasibət bildirəcəm. Allah hər kəsə kömək olsun. O cümlədən “Sənir axtarıram”a ümid yeri kimi baxan hər həsə. Amin!”