backend

“Və bir məlumatı da verim...”.

“Və bir məlumatı da verim...”.























Hadisə yerindən bir qədər aralıda yeraltı piyada keçidi olub.

Bakının Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, Heydər Əliyev prospekti ilə Keşlə qəsəbəsi istiqamətində hərəkətdə olan “Hyundai” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Təxminən 40-45 yaşlı piyada hadisə yerində dünyasını dəyişib. Sərxoş olduğu bildirilən piyadanın üzərindən heç bir sənəd tapılmayıb. Adı açıqlanmayan sürücü isə Nərimanov Rayon Polis İdarəsinə aparılıb.

Qeyd edək ki, hadisə yerindən bir qədər aralıda yeraltı piyada keçidi olsa da, piyada yolu keçmək üçün keçiddən istifadə etməyib.

Faktla əlaqədar Nərimanov Rayon Polis idarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.

“Və bir məlumatı da verim...”.

“Və bir məlumatı da verim...”.

“Və bir məlumatı da verim...”.