backend

Qul əməyinin qarşısını almaq, yoxsa turizm şirkətlərinə dəstək?

Qul əməyinin qarşısını almaq, yoxsa turizm şirkətlərinə dəstək?























Yeni qanun fikir ayrılığına səbəb olub

Milli Məclisin son iclasında müzakirəyə çıxarılan “Turizm haqqında” qanuna və Əmək Məcəlləsinə edilən dəyişikliklər millət vəkilləri tərəfindən birmənalı qarşılanmayıb. Məlumat üçün qeyd edək ki, “Turizm haqqında” qanuna edilən dəyişikliyə görə, Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.

Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər. Elektron viza almaq üçün əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər. Əmək Məcəlləsində edilən yeniliyə əsasən isə işəgötürənlər işə cəlb etmək istədikləri hər bir əcnəbi və vətəndaşlığı olmayan şəxs üçün iş icazəsi almalıdırlar. Məhz bu yeniliklər millət vəkillərinin narahatçılığına səbəb olub. DeputatFazil Mustafa bildirib ki, qanunvedricilikdə belə bir dəyişikliyin edilməsi vətəndaşların hüqqularının məhdudlaşdırılmasına səbəb olacaq: “Ölkəyə turist axınını təmin etmək əvəzinə vizaların verilməsi məsələsini məhdudlaşdırmaq olmaz. Əgər bunu elə bir qəbahəti yoxdirsa, kim fiziki şəxs vasitəsilə ölkəyə gəlirsə, gəlsin. Kim hansı vasitə ilə istəyirsə ölkəyə gəlsin, təki ölkəyə pul gətirsin. Biz çalışılmalıyıq ki, ölkənun turuzm sektorunu qaldıraq. Kiminsə firması, əlində turizmlə bağlı hüquqi şəxsi var deyıbən ona üztünlük saxlamaq üçün niyə viza vermək hüququnu məhdudlaşdırmalıyıq? Bunun heç bir əsası yoxdur. Çünki bu gün Azərbaycanın pulları Batumdə və digər turizm obyektlərində xərclənir”. Millət vəkilinin sözlərinə görə, eyni proses məşğulluqla bağlı qanunda da davam etdirilir. Bu qanunun əvvəlki variantında göstərilirdi ki, bu növ fəaliyyətlə icra hakimiyyəti orqanından xüsusi razılıq alan hüquqi və fiziki şəxslər məşğul ola bilər. İndi isə qanundan fiziki şəxslər çıxarılır. Nəzərə almaq lazımdır ki, Azərbaycan elə bir ölkə deyil ki, hamını işlə təmin etsin.

Rusiyada 1,5 milyon, Türkiyədə 200 min Azərbaycan vətəndaşı işləyir. Kimsə həmin ölkələrdə şəxsi qaydada bir kafe açaraq azərbaycanlıları aparıb orada işlədirsə, bu imkanı nuyə məhdudlaşdırırıq? Əslində biz maraqlı olmalıyıq ki, fiziki şəxslər vasitəsilə də bu proses aparılsın, onda Azərbaycan dövlətinin işsizlik yükü azalar: “Amma bu yenilikdən belə məlum olur ki, hər kəs bir huquqi şəxs tapmalıdır, ondan hansısa formada icazə almalı və yalnız onun vasitəsilə işlə təmin olunmalıdır. Bu, tamamilə yanlış bir siyasətdir. Çünki bununla Azərbaycan vətəndaşının hüququnu məhdudlaşdırmış oluruq”.

Millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, qanunlar vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq üçün qəbul edilir: “Bizdə isə belə bir tendensiya yaranıb ki, qanunların hamısı vətəndaşların yükünü artırmaq, əlavə maliyyə yaratmaq üçün qəbul edilir. Niyə vətəndaş bu ölkədən iş dalınca getməkdən ötrü kiminsə qoltuğunun altından, kiminsə saqqalının altından keçməlidir. Ölkədə iş tapa bilməyən vətəndaş niyə bu əziyyəti çəkməlidir. Bu kağız-kuğuz oyunlari kimə lazımdır?”

Deputat Səyavuş Novruzov isə həmkarlarından fərqli olaraq belə bir dəyişikliyi məqbul hesab edib: “Tutaq ki, bir nəfər 5-6 adamı qoltuğuna vurub aparır Rusiyada işlətməyə. Amma nəzərə almır ki, onun pensiya, sığorta məsələləri var. Hazırki vəziyyətdə aparıb 20 il işlədir, sonar ötürür hökumətin üzərinə ki, bunun pensiya hüquqlarını təmin edin. Əslində isə vətəndaşın heç bir sənədi yoxdur, qul əməyindən istifadə edilib. Bu dəyişiklik də qul əməyinin qarşısını almaq üçündür ki, əgər hər hansı hüquqi şəxs onu təşkil edirsə, bundan dövlətin xəbəri olur ki, vətəndaşı haradadır və gələcəkdə onun pensiya təminatı nədən ibarət olacaq, ailə-uşaqla ölkəyə qayıdanda vətəndaşlıq məsələləri necə olacaq. Hələ bunun insan alverinə təsirini demirəm. Biri bir dəstə yaradaraq qadınları başqa-başqa ölkələrə aparır. Belə halların qarşısını almaq məqsədilə dəyişikliyə ehtiyac var. Bunu başqa formada təqdim etməyə ehtiyac yoxdur.” Onun bildirdiyinə görə, qanunda söhbət vətəndaşların hüquqlarının məhdudlaşdırılmasından deyil, təhlükəsizlik tədbirlərinin görülməsindən gedir. Məlumdur ki, fiziki şəxs kimisə dükanda işə götürürsə onunla əmək müqaviləsi bağlamalı və reyestr xidmətindən keçməlidir. Hətta evdə qulluqçu saxlayırsa onunla da müqavilə bağlanmalıdır. Çünki onun də gələcəkdə pensiya təminatı, başına bir iş gələndə sığorta məsələsi var. Özbaşına xaricə aparılan şəxslərdən isə dövlətin xəbəri olmur, hansısa təhlükəısizlik orqanının təsiri altına düşür.

Millət vəkili Çingiz Qənizadə hesab edir ki, fiziki şəxs belə bir fəaliyyətdə maraqlıdır və təbii ki, bu maraq maddiyat üzərində qurulub: “Əgər fiziki şəxs bu fəaliyyətlə məşğul olub pul qazanırsa, deməli vergi ödəyicisi deyil. Burada biq qanun pozuntusu var. Digər tərəfdən, insan alveri qurbanlarının həyat tərzini araşdırsaq məlum olacaq ki, onların çoxu işə düzəltmək adı altında ayrı-ayrı şəxslər tərəfindən ölkədən kənara aparılıblar. Hazırda ökədə dələduzluq baş alıb gedir. Fiziki şəxs bir ofis götürür, ölən baba, nənəsinin adına da qeydiyyatdan keçirir, sonar isə yüzlərlə insanı aldadır. Qradan çıxanda da onu tapmaq mümkün olmur. Bununla bağlı qanunda dəyişiklik edilməsində heç bir problem yoxdur, Çünki bu gün ölkədə kiçik müəssisənin yaradılmassı sadə bir prosesdir. 3 gün müdətində kiçik müəssisəni formalaşdırıb hüquqi status almaq olar. Hüququ şəxs olduqdan sonra isə onun hesab nömrəsi olur, vergi ödəyicisi olur, onu axtarıb tapmaq mümkün olur. Bu baxımdan qanundakı dəyişiklikdə elə bir problem görmürəm”.

A.ZƏKA/Analitik