backend

Ərdoğan: "İsrail Qəzza sektorunda fələstinlilərin qətlinə görə dünya qarşısında cavab verməlidir".

Ərdoğan: "İsrail Qəzza sektorunda fələstinlilərin qətlinə görə dünya qarşısında cavab verməlidir".















"Fələstin məsələsini yenidən BMT Baş Assambleyasında qaldıracağıq"
"Hürriyet" xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında deyib.

R.T.Ərdoğan Fələstində baş verən qətllərə etiraz məqsədi ilə təşkil edilən “Zülmə lənət, Qüdsə dəstək” mitinqində çıxış edib.

"Bizim İsrail quldurlarının fələstinliləri qətlə yetirmələrinə qarşı qəti addımlarımız dünyaya göstərəcək ki, insanlıq hələ də yaşayır. İsrail fələstinlilərin kütləvi qətlinə görə beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir", - deyə Türkiyənin dövlət başçısı qeyd edib.
Ərdoğan 18 may tarixinin “Bəşəriyyət tarixinin şərəfinin xilas edildiyi gün” kimi tarixə keçəcəyini sözlərinə əlavə edərək, bu tarixin xristianlar və yəhudilər üçün də önəmli olduğunu deyib. Onun sözlərinə görə, Birləşmiş Ştatlar Qüdsü İsrailin paytaxtı kimi tanımaqla dinc fələstinlilərin qətlində iştirakçı olub.

Qeyd edək ki, zirvə toplantısında 25 ölkənin xarici işlər nazirləri iştirak edir. Toplantıda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.