backend

İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” şüarı ilə mitinq keçirilib

İstanbulda “Zülmə lənət, Qüdsə dəstək!” şüarı ilə mitinq keçirilib














Türkiyənin İstanbul şəhərində, Yenikapı meydanında Qəzza zolağında baş vermiş hadisəyə etiraz olaraq “Zülmə lənət, Qüdsə dəstək!” şüarı altında mitinq keçirilib.
Türkiyə mətbuatına istinadən xəbər verir ki, mitinqdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstinin baş naziri Rami əl-Hamdallah, Türkiyənin baş naziri Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Kahraman, xarici işlər naziri Mevlüt Çavuşoğlu, Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli və digər ictimai şəxslər iştirak edib.

Mitinqdə İsrail əleyhinə şüarlar səsləndirilib və dünya birliyinin məsələyə biganəliyi qınanılıb.
Qeyd edək ki, mayın 14-də Qəzza zolağında ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz aksiyası keçirilib. İsrail hərbçilərinin aksiya iştirakçılarına açdığı atəş nəticəsində 62 nəfər ölüb, 3 mindən çox insan yaralanıb.