backend

“Eldəniz Quliyevin dediklərində cinayət tərkibi yoxdur”

“Eldəniz Quliyevin dediklərində cinayət tərkibi yoxdur”















Cəmil Həsənli: “Bu, sadəcə ona qarşı təzyiq vasitəsidir”

Milli Şuranın sədri Cəmil Həsənli Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyevlə daxili işlər naziri Ramil Usubov arasındakı məhkəmə prosesinə münasibət bildirib. C.Həsənli baş verənlərin heç bir hüquqi-məntiqi əsasa malik olmadığını vurğulayıb:
“Eldəniz Quliyevin dediklərində cinayət tərkibi yoxdur. Orada konkret bir ünvan da yoxdur. Yəni bu ifadələrin kimin haqqında deyildiyi göstərilməyib. Orada bir şəxsin adı-soyadı yoxdur ki, onu əsas gətirib söyləyəsən ki, Eldəniz bəy bunu həmin şəxs haqqında söyləyir. Burada ümumi frazalar yer alıb, konkretlik yoxdur. Konkret ünvan olmadığı üçün bu, şəxsi cinayət məsuliyyətindən azad edir. Belə absurd məhkəmə araşdırmasının açılması zənnimcə, tamamilə yolverilməz və gərəksizdir. Bu, sadəcə Azərbaycanın ictimai-siyasi həyatında öz fəallığı ilə diqqət çəkən ziyalıya qarşı təzyiq vasitəsidir”.