backend

General Vidadi Əliyevin “işədüzəltmə kantoru”

General Vidadi Əliyevin “işədüzəltmə kantoru”
MTN generalları ilə bağlı uzun müddətdir ki, davam edən məhkəmə prosesi cəmiyyətimizdə GENERAL rütbəsi ilə bağlı xeyli haqlı suallar doğurub. MTN genarallarının hələ cəmiyyətə bəlli olan az sayda əməlləri vətəndaşlarda təəccüb doğurur. Görəsən, bu bədnam əməllərin sahibləri GENERAL zirvəsinə hansı yolla, necə və kimlərin hesabına dırmaşıblar.

Əlbəttə, baş verənlərə görə, hər şeyin üstündən xətt çəkmək, hamını qaralamaq, şərəfli həyat yolu keçmiş generallarımızın üzərinə kölgə salmaq fikrindən tam uzağıq. Ancaq bəzi generallarımızın bizneslə, sahibkarlıqla və digər qanunsuz əməllərlə məşğul olması faktları hələ də davam edir.

NUH.az-a daxil olan məlumata görə, Daxili Qоşunlar Kоmandanının müavini – Şəxsi heyət üzrə İdarənin rəisi, general-mayor Vidadi Əliyev paytaxtda mənzillər kirayələyərək görüşlər keçirir, kimlərinsə işə, vəzifəyə düzəldilməsi üçün vədlər verir. Əlbəttə, kimisə işə düzəltmək savab işdir. Ancaq bu savab iş nəyin qarşılığında baş tutur ? Bax əsas məsələ budur.

Məlumat üçün onu da qeyd edək ki, mətbuatda hərbi hissələrdən birində siyasi işlər üzrə komandirin müavini vəzifəsini tutan Vidadi Əliyev Müdafiə Nazirliyi sistemindən hansısa yollarla birdən-birə Daxili Qoşunların komandan müavini postuna gətirilməsi, ildırım sürəti ilə polkovnik, sonra general-mayor rütbəsi alması barədə xeyli yazılar dərc olunub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.