backend

Laçının baş həkimi özbaşınalıqla məşğuldur

Laçının baş həkimi özbaşınalıqla məşğuldur
















Saday İsayev Baş Prokurorluğa Rauf İspəndiyarovun fəaliyyətinin yoxlanılması üçün müraciət edib

Laçın rayonu, Qarqışlaq kəndindən məcburi köçkün olan, hal hazırda isə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsi 525 ünvanında yaşayan Saday İsayev Baş Prokurorluğa müraciət edərək, onlardan yardım istəyib. Laçın sakini rayonun Mərkəzi Xəstəxanasının baş həkimi Rauf İspəndiyarovun qeyri-qanuni fəaliyyətlə məşğul olduğunu bildirir.

O qeyd edir ki, Laçın rayon Mərkəzi Xəstəxanasında və Təcili Tibbi Yardım şöbəsində haqsızlıq baş alıb gedir. «Rayonun baş həkimi hegemonluqla məşğuldur. Xəstəxanada dövlət büdcəsindən ayrılmış vəsait hesabına dərmanlar ya kənarda satdırılır, ya da bir şəkildə istifadə olunur. Texniki və digər avadanlıqlardan əsər-əlamət belə yoxdur. Rauf İspəndiyarov isə özbaşınalıqla məşğul olur və dövlətin pullarını göyə sovurur».

Saday İsayev Baş Prokurorluqdan xahiş edir ki, Laçının baş həkiminin fəaliyyəti məhz onun iştirakı ilə yoxlanılsın.