backend

ELMAR VƏLİYEVDƏN "CUMHURİYYƏT İLİ"NƏ "HƏDİYYƏ" - İCRA BAŞÇISI BU DƏFƏ FANATLARI HƏBS ETDİRDİ + FOTO

ELMAR VƏLİYEVDƏN "CUMHURİYYƏT İLİ"NƏ "HƏDİYYƏ" - İCRA BAŞÇISI BU DƏFƏ FANATLARI HƏBS ETDİRDİ + FOTO















Azərbaycan Premyer Liqasının 28-ci turunda Gəncədə "Kəpəz” – "Neftçi” oyunundan əvvəl yerli azarkeşlərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyilə bağlı pankart açmaq istəyinə imkan verilməyib.

Veteninfo.az xəbər verir ki, bu barədə supersport.az saytı xəbər yayıb.

Qeyd olunub ki, fanatlar qarşılaşmaya daxil olmaq istəyərkən əllərində AXC qurucularının, həmçinin yubileyə həsr olunan şəkillər olub. Polislər azarkeşlərin pankartı stadiona aparmasına imkan vermədiyi üçün qalmaqal baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları fanatlara fiziki güc tətbiq edib və "Cümhuriyyət Quran Kişilərin Nəvələriyik!” şüarına görə azarkeşlər həbs olunub.

Onu da qeyd edək ki, bir müddət əvvəl Gəncənin deputatı, son illər icra başçısı Elmar Vəliyevin əsas adamlarından birinə çevrilən və buna qədər faktiki tez-tez Azərbaycan siyasətinə müdaxilə edən Rusiyanın istefada olan generalı İlqar Qasımovun sayəsində ulduzları parlamış Naqif Həmzəyev də Rəsulzadəni aşağılayan açıqlama vermişdi.

Bundan başqa, Gəncədə Rəsulzadənin büstünə olan mənfi münasibəti də yəqin oxucular unutmayıb...

Vətəninfo.az olaraq məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin mövqeini öyrənməyə cəht edib.İcra başçısının mobil telfonuna zəng etsək də, Elmar Vəliyev telfonu açaraq "Bəli eşidirəm" dedikdə bizim də özümüzü təqdim etdikdən sonra,sualın belə verilməsini gözləmədən telfonu bağladı.Görünür icra başçısı ona veriləcək sualı bildiyindən telfonu belə bir şəkildə bağlamağı üstün tutdu.

ELMAR VƏLİYEVDƏN "CUMHURİYYƏT İLİ"NƏ "HƏDİYYƏ" - İCRA BAŞÇISI BU DƏFƏ FANATLARI HƏBS ETDİRDİ + FOTO