backend

Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Paris görüşünün təffərüatları açıqlandı

Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin Paris görüşünün təffərüatları açıqlandı






















Məsələlərin daha dərin müzakirəsi gözlənilir.

Azərbaycan, Ermənistan və Fransa prezidentlərinin görüşü oktyabrın 27-də Yelisey sarayında baş tutacaq.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, sammitin məqsədi iki ay əvvəl vəziyyətin kəskinləşməsindən sonra Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında dialoqu təmin etməkdir, “Frans Press” Agentliyi yazır.

Məlumatda bildirilir ki, üçtərəfli görüşdən sonra prezident Fransua Olland Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla təkbətək görüşlər keçirəcək.

Sammit çərçivəsində prezidentlərin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri də olacaq.

Prezidentlərin şərəfinə veriləcək rəsmi şam yeməyində Qafqazın gələcəyi ilə bağlı mövzuların daha detallı müzakirəsi gözlənilir.