Ebola virusu internetdə yayılır - XƏBƏRDARLIQ

hadise / Dunya 24-10-2014, 20:04
Ebola virusu internetdə yayılır - XƏBƏRDARLIQ















Bu virus vasitəsilə hakerlərin minlərlə kompyuterə nəzarət etməyə başladığı düşünülür

qaynarxett.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünyanın kabusuna çevrilən Ebola virusu artıq sadəcə insandan insana deyil, kompyuterdən kompyuterə də keçir. İntermetdə Ebola adında olan emaillərinizə göndərilən məktublara diqqət etməyiniz məsləhətdir. Ebola virusu yaradan hakerlər Ümundünya Səhiyyə Təşkilatının adından istifadə edərək emaillərə məktub göndərirlər.

İlk anda təhlükənin fərqinə varılmır amma…

Emailə gələn məktub rəsmi yazışma diliylə yazıldığından istifadəçilər ilk anda təhlükənin fərqinə varmırlar. Elə ki, sənəd yükləndi, problem bundan sonra başlayır. Yüklənən sənəddə, guya, Ümundünya Səhiyyə Təşkilatının adından Ebolaya qarşı insanların nələr edə biləcəyini, necə qorunmalı olduğu “yazılır”. Ancaq əslində belə adda bir sənəd yoxdur!
İstifadəçilər sənədi açdlığı anda əslində Ebola adı altında yeni yaradılan virusun kompyuterlərinə yoluxmasına imkan verirlər. Bu virus vasitəsilə hakerlərin minlərlə kompyuterə nəzarət etməyə başladığı düşünülür.

Ebola virusu internetdə yayılır - XƏBƏRDARLIQ
Oxunub: 925
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10