backend

Freydin Hadı Rəcəbli analizi: Şəkidə döyülməsinin heyfini xalqdan necə çıxır? - Dosye

Freydin Hadı Rəcəbli analizi: Şəkidə döyülməsinin heyfini xalqdan necə çıxır? - Dosye














Freydin psixoanalizinə görə, insanın aqressivliyinin köklü və keçmişə bağlı səbəbləri var. Elə buna görədir ki, Lənkəranın ömürlük deputatı təyin edilmiş Hadı Rəcəbli insanlara qarşı rəhmdil ola bilmir.
Çünki Şəki Şəhər Partiya Komitəsində I katib vəzifəsindən yerli camaat tərəfindən döyülərək qovulduqdan sonra xalqa münasibəti dəyişib.
Anaxeber.az xatırladır ki, 24saat.org saytının şəkili baş redaktoru Vüqar Qurdqanlı bir müddət əvvəl statusunda Freydin psixoanalizini təsdiqləmişdi: “Hadı Rəcəbli sovet dönəminin Şəkiyə başçılıq eləyən son I katib idi.
İğtişaşların başladığı ilk gündə qadasın aldığım şəkililərin ilk işi danışığını qanmayan Hadı Rəcəblini döyüb xəstəxanalıq eləmək olub. Sonra elə xəstəxanadanca çıxıb, Şəkidən qaçıb. Niyəsini də yəqin hamı təxmin edir”.
Onun anti-xalq çıxışları, çağırış və təklifləri, Qarabağ əlillərini, köçkünləri, şəhid ailələrini, müəllim və jurnalistləri, o cümlədən feysbuk fəallarını qıcıqlandıran sözləri də məhz bu hadisədən qaynaqlana bilər.
H.Rəcəbli əndazəni o dərəcə aşmaqdadır ki, Hafiz Hacıyev, Araz Əlizadə belə “toya getməlidir”. Nədir bu kin, bu hikkə, xalqı aşağılamaq ehtirası? Ona “dur” deyən tapılacaqmı?
Kor-kor, gör-gör ki, H.Rəcəbli Azərbaycan hakimiyyətinə potensial təhlükədir. Onun çıxışları cəmiyyətin məhvərindən silkələyir.
Nə ki həssas mövzudur, iqtidar dərinliklərinə baş vurmur, o anda deputat meydana çıxaraq ölkəni qızışdırır. Yəni, anti-xalq çıxışlar həm də anti-iqtidar siyasətinə bərabərdir.
***
Görünür, Şəki travması bu günə qədər millət vəkilini təqib etməkdədir ki, qəzəbini hər fürsətdə göstərir. Amma bu bölgənin camaatının heyfini xalqdan çıxmaq günahdır, günah...
O, bir də yerlilərindən acıq çıxmaqdadır. Hələ illər əvvəl Lənkəranın 4 saylı məktəbinin qarşısında anası, evdar xanım, çox zəhmətkeş qadın Füruzə xalanın büstünü qoydurmuşdu.
Çox keçmədi ki, günün birində büst yoxa çıxdı və bir də yerinə qaytarılmadı. O dövrdə Lənkəranda danışırdılar ki, H.Rəcəblinin zəhmətkeş anasına heykəl qoydurması birmənalı qarşılanmayıb.
Çünki o da bütün analar kimi əzabkeş, övladlarını min bir çətinliklə böyüdən qadınlardan olub. Amma oğlunun deputatlığı heç də ayrıca status qazandırmır ki, büstü qoyulsun.
H.Rəcəbli bir lənkəranlının yanan barmağına su tökməyib. Doğrusu, yerli camaatın ürəyində ona böyük sevgi də yoxdur.
Həmişə səs almadan mandat qazanıb, seçicilərlə görüşməyib, qapı-qapı gəzməyib, Lənkəranın dərd-sərinə ürək qızdırmayıb. Beləsini necə sevsinlər?!
İnsafən, axı Zahid Oruc, Qənirə Paşayeva, Adil Əliyev, Fazil Mustafa, Vahid Əhmədov və s. istisna deputatlar seçicilərinə arxa çevirmirlər.
O boyda sosial siyasət komitəsinin əbədi sədri olan H.Rəcəbli isə nə yerlilərinin, nə ümumAzərbaycan vətəndaşlarının sosial yaralarına məlhəm olub.
Əksinə, yeri gəldi-gəlmədi müəllimi daş daşımağa, Qarabağ əlilinə imtiyazları çox görməyə, şəhid ailəsinə çatan müavinətin məbləğini artıq saymağa, feysbuku bağlamağa çağırışlar edib, biznes obyektlərini hamı bil-bilə öz maaşından gileylənməyə, pensiya yaşının artırılmasına nail olmağa çalışıb. Niyə? Şəkinin heyfini xalqdan çıxmazlar...
***
Azərbaycan hökuməti yeganə parlamentdir ki, bu tərkibdən başı bəlalar çəkir. Birinin ağzını yumur, o birisi sayıqlayır, digərini susdurur, başqası “gül vurur”.
Bu adamlar nə üçün mumlamırlar? Niyə özlərini urvatsız ediblər? Xalqa nə səbəbə nifrətlə yanaşırlar? İqtidar anti-Milli Məclisi nədən buraxmır?
Bu cür danışığını, ritorikasını bilməyən deputatlar olmaz olsunlar. İllah da H.Rəcəbli “fenomeni” sosial şəbəkələrin baş “qəhrəmanı”na çevrilib.
Ağsaqqal yaşında (deyilənə görə sonuncu çağırışdır, növbəti seçkidə olmayacaq – red) xalqın ürəyində Fuad Poladovlar kimi heykəlini ucaltmağın yaxşıdır yoxsa yersiz açıqlamaların?
Məsələn, bir müddət qabaq belə fikir səsləndirmişdi ki, əhalinin müəyyən qisminə dövlətin göstərdiyi sosial yardım, insanları ələbaxımlığa öyrədir.
Odur ki, bu yardımı ya ləğv etmək, ya da nağd pul şəklində yox, natura formasında (məsələn, qoyun-quzu) ödəmək lazımdır.
Sonradan isə “natura ilə yardım vasitələri”nin siyahısını bir qədər də genişləndirərək, deyib ki, insanlara balıq yox, balıq ovlamaq üçün tilov vermək lazımdır.
Görünür, Hadı kişi hələ də fərqində deyil ki, dövlətin ödədiyi sosial yardım insanlara avtomobil yaxud yaxta almağa yox, acından ölməmək üçün verilir.
Sonra daha da irəliləyə gedərək antisosial, antixalq fəaliyyətinin “şah əsəri”ni yaratdı. Dünyada analoqu olmayan “Əhalinin pensiya təminatı haqqında” “buynuzlu” bir qanun düzəldib ortaya atdı.
Beləcə, yüz minlərlə zavallı Azərbaycan insanı heç bir mənəvi-elmi-sosial və iqtisadi əsası olmayan bu qanunfason mürtəceliyin qurbanına çevrildi.
Bununla da, Hadı Rəcəbli ilə Səlim Müslümov Azərbaycanın yaşlı nəsil insanlarını ölümqabağı çörəksiz qoydular. Hər şey aydın olur, hər şey Freydin psixoanalizinə uyğun gəlir...Axı şəkililər, şəkililər...