backend

TOVUZDA YETIM MALINA GÖZ DIKƏNLƏR - Video

TOVUZDA YETIM MALINA GÖZ DIKƏNLƏR - Video

Tovuz rayonunun Qovlar qəsəbəsindəki İnteqrasiya təlimli internat tipi məktəbdə fizika müəllimi işləyən Hüseynova Ramidə Tapdıq qızı işlədiyi məktəbin direktorunun rəvac verdiyi qanunsuzluqlar, özbaşınalıqlar barədə kütləvi informasiya vasitələrinə məlumat verib. Ramidə müəllimə bildirir ki, 8 aydır ki, məktəbin direktoru Hümbətov Eldar Səlim oğlunun törətdiyi saxtakarlıqları sübut və dəlillər əsasında yuxarı dövlət qurumlarına şikayət etmişdir. Dövlət qurumu tərəfindən məktəbə gələn nümayəndə heyətinin onun dediklərini sübuta yetirdiklərinin şahidi olmuşdur. Buna baxmayaraq, hələ də direktor haqqında heç bir tədbir görülməmişdir. Ona görə də o, məcburiyyət qarşısında qalaraq, direktor tərəfindən törədilmiş cinayətlərdən bir neçəsini ictimailəşdirməyə qərar vermişdir. R. Hüseynova bildirir ki, 6 ay adı məktəbdə, 6 ay Rusiyada olan məktəbin fiziki tərbiyə müəllimi Cəlilov İman Cəlil oğlu məhz onun təqdim etdiyi sübutlar əsasında məktəbdən azad edilib. Məktəbin tərbiyəçi müəllimi Allahverdiyeva Umu Rəfail qızı 2008-ci ildən hal-hazıradək Abşeron rayonu Masazır qəsəbəsində ailə quraraq yaşadığı halda, onun özü yox, adı məktəbdə getmiş və onun adına dövlət tərəfindən əmək haqqı buraxılmışdı. Bunu da Ramidə müəllimə əsaslı olaraq sübuta yetirmiş və həmin müəllimə məktəbdən azad edilmişdir. Deryaz.az-a verilən məlumatlara əsasən, məktəbin laborantı Vəliyevə Samirə Tahir qızı 2008-ci ildən Bakı şəhəri Hövsan qəsəbəsində ailə quraraq orda yaşayır. İllər boyu adı məktəbdə gedib, onun da adına dövlət tərəfindən əmək haqqı buraxılıb. Şikayətçi qeyd edir ki, hər üç nəfərin kənarda olmalarına baxmayaraq, onların adlarına buraxılmış əmək haqqı direktor Hümbətov Eldarın cibinə getmişdir. İnternat tipli məktəb ərazisində şəxsi bufetin açılmasına icazə verilmədiyi halda, direktor varlanmaq naminə şəxsi bufet açmışdır. Ramidə müəllimə bufetin qeyri-qanuni açıldığını sübuta yetirmiş və bufet bağlanmışdır. Əlində bufetin işlək şəkildə olması barədə video-çəkilişlər olduğunu deyir. Şikayətçinin sözlərinə görə, direktor öz vəzifəsindən və əlaqələrindən sui-istifadə edərək oğlu Hümbətov Raufa saxta diolom almış və məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin etmişdir: «Mən bunu da sübuta yetirdim, Raufun diplomunun saxta olması aşkar olundu və o, müəllimlikdən azad olundu. Bütün göstərdiyim sübutlara baxmayaraq, məktəb direktoru heç bir qüvvə tərəfindən məsuliyyətə cəlb olunmamışdır. Məktəbdə özbaşımalıq baş alıb gedir». İnanmaq istərdik ki, Eldar Hümbətovun özünün də rəvac verdiyi qanunsuzluqlara görə qanun qarşısında cavab vermək vaxtı çatıb. Çünki aidiyyati instansiyaların qeyd etdiyimiz faktlara biganə qalmayacaqlarına ümid edirik.

P.S. Mənbə bildirir ki, direktorun bu özbaşınalıqlarının arxasındə DTX da işləyən oğlu dayanır.Ona görə də onu yoxlayan şəxslərin özləri çirkab içində batdığından onların özləri direktora qarşı heç bir tədbir görə bilmirlər. İnanırıq ki,Təhsil Naziri cənab Mikayıl Cabbarov Eldar Hümbətovun bu özbaşınalıqlarının qarşısını alacaq və onun barəsində lazımı tədbirlər görəcəkdir.

Mövzuya qayıdacağıq.

Qaynarxett.az