backend

Tibb Universitetinin bioloji kimya kafedrasında əməlli başlı bazar açılıb - REKTORUN XƏBƏRİ VAR...

Tibb Universitetinin bioloji kimya kafedrasında əməlli başlı bazar açılıb - REKTORUN XƏBƏRİ VAR...

Bu bazara isə kafedra müdiri Arif Əfəndiyev və onun əlatıları baş müəllim, rektorun texniki məsələlər köməkçisi Rəna Süleymanova və Həmid müəllim rəhbərlik edir. Yerli tələbələrdən pulu Rəna Süleymanova xarici tələbələrdən isə Həmid müəllim yığır. Hər bir tələbədən 10 manat yığılır. Siz həftənin istənilən günü bioloji kimya kafedrasına gəlsəniz görəcəksiniz ki, burada tələbə izddihamı var.Çünki kəsiri olan tələbələrin hamısı kafedranın qarşısında dayanaraq növbəyə durublar. Bioloji kimya kafedrasında açıq bazardı. Arif Əfəndiyev rektor Gəray Gəraylının yerlisi olduğu (Şamaxıdandırlar) üçün ona gözün üstə qaşın var deyən yoxdur. Kafedra müdiri ay ərzində tələbələrdən külli miqdarda pul yığır. Baş müəllim Rəna Süleymanova isə bəzən açıq şəkildə deyir ki, yığılan pullardan rektor Gəray Gəraybəylinində xəbəri var.
Qaynarxett.az