backend

Mikayıl Cabbarova Fazil Məmmədovun “büdcə vampirləri” haqda dosye göndərildi - İTTİHAM

Mikayıl Cabbarova Fazil Məmmədovun “büdcə vampirləri” haqda dosye göndərildi - İTTİHAM
















Gədəbəy rayonunda baş verən maliyyə-vergi pozuntuları ilə bağlı bir qrup sakin redaksiyamıza məktub göndərib. Vergilər naziri Mikayıl Cabbarova ünvanlanan məktubda deyilir:

Cənab nazir,

Sizin nazir təyin edilməyinizdən 6 aydan çox bir zaman keçir. Düzdür, bu dövrdə bir sıra müsbət işlər görmüsünüz. Hətta bu yaxınlarda xırda sahibkarlardan və əmək haqqından tutulan vergilərin azaldılması barədə etdiyiniz çıxış da ürəyimizdən oldu. Bununla belə çox təəssüf ki, vergi sahəsində sizdən gözlənilən əsas addımların atılmasını ləngidirsiniz.

Sizdən gözlənilən ən böyük addım Ərazi Vergilər İdarələrində kadr dəyişikliyinin aparılmasıdır. Siz bu müddətdə ən azı bu idarələrin rəhbərlərinin dəyişməli idiniz. Axı keçmiş nazir Fazil Məmmədov bütün vergi pozuntularını bu idarələr vasitəsilə törədib. Bu idarələr sırasından isə ən böyük maxınasiyaların 14 saylı ərazi vergilər idarəsində törədilməsi şübhəsizdir. Siz vəziyyəti təsəvvür edin. 14 saylı idarənin əhatə etdiyi ən böyük rayonlar Gədəbəy və Şəmkir rayonlarıdır. Hər 2 rayon Fazil Məmmədovun qeyri-rəsmi kurasiyasında olub. Hər 2 rayonun başçısı vergi sisteminin yetirməsidir. Xüsusilə Gədəbəyin başçısı Ramiz Yediyarov əvvəl həmin idarənin rəisi olub və idarə həmişə onun təsiri altında işləyib. Cənab nazir, indi özünüz deyin, 14 saylı vergilər idarəsi bu rayonların icra hakimiyyətləri tərəfindən aparılan malıyyə əməliyyatlarında vergi davamiyyətinə obyektiv nəzarət edə bilərdimi?

Əlbəttə ki, edə bilməzdi və hazırda da bu rayonlarda büdcə vəsaitləri hesabına iş görən podratçı təşkilatlar büdcəyə qayıtmalı olan vəsaitləri amansızcasına mənimsəyirlər. Əslində isə heç belə təşkilatlar da yoxdur. İcra başçısı Ramiz Yediyarov bir korrupsiya mexanizmi yaradıb və Maliyyə İdarəsinin rəisi ilə birgə həmin mexanizmi idarə edirlər.

Mexanizm belədir:

- Ayrı ayrı şəxslərin ailə üzvlərinin adına, yalnız kağız üzərində 7-8 kiçik müəssisə yaradılıb. Büdcə hesabına görülməli iş və ya alınmalı mal həmin müəssisələrin iştirakı ilə saxta tenderə çıxarılır. Hər dəfə bu müəssisələrdən biri tenderdə udur. Əslində pulu alan da, işi görən də, vergidən yayınanda eyni adamlardı. Çoxsaylı müəssisə yaratmaqda bir məqsəd var ki, o da aparılan əməliyyat bir müəssisə üzrə 200 min manat həddini aşıb ƏDV ödəmək zərurətini yaratmasın. Bir neçə aydan sonra isə həmin müəssisə formal olaraq qapadılır və yenisi yaradılır.

Sual olunur:

-heç bir maddi texniki bazası, sadəcə ofis otağı, bank hesabında vəsaiti olmayan belə “göbələk” firmalar tenderdə neçə udur?

Bunları aydınlaşdırmaq və qarşısını almaq lazımdır ki, real sahibkarlıq da inkişaf etsin, həqiqi müəssisələr yaransın.

Sizi xırda sahibkarların vergidən yayınması çox da narahat etməsin. Xırda sahibkarların vergidən yayındırdığı vəsait onsuz da yenidən biznesin genişlənməsinə yönəldilir.

Ancaq bu cür talan olunmuş külli miqdarda vəsaitlər “büdcə vampirləri” tərəfindən eyş-işrətə, bahalı və qudurğan həyata sərf olunur. Yeri gəlmişkən, görün korrupsiya hansı həddədir ki, rayonda aparılan abadlıq işlərinə bir nəfər də olsun yerli sakin cəlb edilmir. Səbəb də budur ki, bu şəxslər törədilən maliyyə cinayətləri barədə məlumatın kənara sızaraq ictimailəşməsindən qorxurlar.

Hörmətli Mikayıl müəllim,

əgər siz bu sahədə doğrudan da nailiyyət əldə etmək istəyirsinizsə, ilk öncə belə maxinasiyaların qarşısını alın. Fazil Məmmədovun kadrları ilə heç vaxt uzağa gedə bilməzsiniz. Onları kənarlaşdırmağınız vacibdir. Xüsusi olaraq adını çəkdiyimiz 2 rayonda kompleks vergi yoxlaması aparıb, 2012-cü ildən vüsət almış ağır vergi cinayətlərinin ortaya çıxarılmasını təmin etsəniz, şəxsinizə olan inamı gücləndirərsiniz.