backend

İsraildən ermənilərə ZƏRBƏ — Bu dəfə də “soyqırım” tanıtmaq ümidləri puç oldu

İsraildən ermənilərə ZƏRBƏ — Bu dəfə də “soyqırım” tanıtmaq ümidləri puç oldu















İsrail parlamenti ermənilərə zərbə olacaq qərar verib.
Bu barədə İsrail KİV-i məlumat yayıb. Belə ki, Knessetin spikeri Yuliy Edelşteyn qondarma erməni soyqırımının tanınması ilə əlaqədar qərar layihəsini gündəlikdən çıxarıb.

Məlumata görə, layihə parlamentdə yaranmış qeyri-münasib vəziyyətlə əlaqədar gündəliyə salınmayıb. Yəni, qərarın əksəriyyət tərəfindən dəstəklənib-dəstəklənməyəcəyi məlum olmayıb. Bu səbəbdən də belə addım atılıb.
Qeyd edək ki, Türkiyə ilə münasibətlərin gərginləşməsi səbəbindən İsrail parlamenti qondarma erməni soyqırımının tanınması ilə əlaqədar plenar iclas keçirilmək qərarı vermişdi.