backend

Nizaminin icra başçısı ilə bağlı iddia - Belə deyirlər...

Nizaminin icra başçısı ilə bağlı iddia - Belə deyirlər...
















Paytaxtın Nizami rayon icra başçısı Arif Qasımov tənqidçi medianı susdurmağın yeni metodunu “kəşf” edib

FİA.Az xəbər verir ki, A.Qasımov Ədliyyə Nazirliyi İcra Baş İdarəsində işləyən qardaşı Vüqar Qasımovun vəzifə səlahiyyətlərindən sui-istifadə edir.

Bu haqda ilk xəbəri yayan 365info yazıb ki, V.Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin icra şöbəsinin rəisi vəzifəsində işləyirdi.

Bu yaxınlarda isə Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə başqa vəzifəyə dəyişdirilib. V. Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proseslərə ezam olunan jurnalistlərlə ünsiyyət qurmağa cəhd edir.

Sayt yazıb ki, bəzi jurnalistlərə bahalı ətir, gül buketi göndərir. Hətta bir neçə sayt rəhbərinə Nizami rayonunda obyekt hədiyyə etdiyi söylənir.

Bundan əlavə, bəzi portal rəhbərlərinə 3-4 notbuk hədiyyə alanlar da olub. Ancaq V.Qasımovun xahişlərindən cana doymuş baş redaktorlar həmin notbukları qaytarıblar.

Yeri gəlmişkən, işinə xitam verilən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə Vüqar Qasımov yaxın dost olublar.

KİV yazır ki, Nizami icra hakimi iki il əvvəl 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu.

Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat pul alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi.
Bu işdə Siyəzənin keçmiş icra başçısı Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa belə ifadə verib.

O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.

FİA.Az xəbər verir ki, indi icra başçısının qardaşı qeyri-leqal media təşkilatı təsis edərək mətbuatı ələ almağa can atır.

O, icra başçısı olan qardaşının fəaliyyətindən yazılmasın deyə təzyiqlərə keçir, bir çox hallarda isə bəxşiş verməyə çalışır.

Çünki A.Qasımov Nizami rayonunda yaşıllıqları məhv edir, səkiləri, yolları, boş gördüyü hər yeri sataraq pul qazanır. Mətbuat yazanda isə həyəcanlanır.

Qeyd edək ki, 2011-ci ildə Siyəzənin icra başçısı təyin olunan A.Qasımov özü üçün rayonda bir neçə nəhəng ferma inşa etdirib.

Bu fermaları saхlamaq üçün təbii ki, əkin və otlaq sahələrinə ehtiyac var. Arif Qasımov bu ehtiyacı ödəmək üçün fermerlərə uzun müddətə icarəyə verilmiş bələdiyyə torpaqlarını zəbt edib.

Həmin ərazilər indi icra başçısının fermalarına хidmət edir. Onun Siyəzəndə bir neçə üzlük daş sexləri də fəaliyyət göstərir.

Bundan başqa, Arif Qasımovun bəzi yaxın qohumları Sabunçu rayonunun Ramana qəsəbəsində qanunsuz torpaq satışı ilə məşğul olurlar.

Sözügedən qəsəbənin yarısı məhz icra başçısının qohumları tərəfindən satılıb. Həmin şəxslərin arxasında isə birbaşa icra hakiminin özü dayanıb.

Bu iddialarla bağlı RİH-nin mövqeyini dərc edə bilərik.