backend

Neft meydançasında baş verən qəza zamanı ölənlərin adları açıqlanıb

Neft meydançasında baş verən qəza zamanı ölənlərin adları açıqlanıb























SOCAR rəsmi məlumat yayıb.

Xəbər verildiyi kimi, oktyabrın 23-də saat 12.00 radələrində “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına NQCİ-nin ərazisində yerləşən 441 saylı qəzalı meydançada təmir işləri aparılarkən uçqun baş vermiş, nəticədə itkin düşmüş 4 nəfər işçidən üçünün cəsədi hadisə yerindən 2 kilometr aralıda SOCAR-ın və FHN-in dalğıcları tərəfindən dənizin dibindən tapılaraq, sahilə çıxarlımışdır. İtkin düşmüş 1 nəfərin axtarışı isə xilasedicilər tərəfindən davam etdirilir.

qaynarxett.az xəbər verir ki, SOCAR-dan verilın məlumata görə, həlak olanlar “Neftqaztikinti” Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsinin böyük iş icraçısı, 1971-ci il təvəllüdlü Bədəlov Faiq Yengibar oğlu, Nəqliyyat İdarəsinin təmirçi-çilingəri, 1969-cu il təvəllüdlü Nəbizadə İlkin Əliəfsər oğlu və kran maşinisti, 1956-cı il təvəllüdlü İbrahimxəlilov Rövşən Yəhya oğludur. 4 saylı Tikinti-Quraşdırma İdarəsinin qaynaqçısı, 1961-ci il təvəllüdlü Hüseynov Əbdülhəsən İslam oğlunun axtarışları isə davam etdirilir.