backend

İsmayıllıda meşələri belə məhv edirlər –FOTO/VİDEO

Ekologiyanın və ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin qarşısında duran əsas istiqamətlərdən biridir. Ölkəmizin zəngin flora və faunasının qorunması, Bakının yaşıllıqlar şəhərinə çevrilməsi istiqamətində xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən bütün dövrlərdə çox böyük işlər görülüb. Ulu Öndər tərəfindən əsası qoyulan ənənəni bu gün Prezident İlham Əliyev uğurla davam etdirir.

Prezident ətraf mühitin mühafizəsini mühüm hesab edir

Təsadüfi deyil ki, Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet sahələrindən biri də ətraf mühitin mühafizəsini və insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Prezident İlham Əliyev tərəfindən 2010-cu ilin ölkədə “Ekologiya İli” elan edilməsi bunun bariz nümunəsidir.O daim bu məsələyə həssas yanaşır.

Bu il, mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyasında iştirak etdilər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Kiçik məmurun şousu

Muxtar Babayev əlbətdə hələ yenidir. Ancaq Azerinfo.az son günlərlə bir neçə videosüjet yayınlayıb. İsmayıllıda meşələrin necə məhv olunmasını əks etdirən kadrları nazirliyə yollamışıq. Ötən sayımızda hansı dolaylarda ağaclar məhv edilir, bir-bir qeyd etmişik. Hələki rəsmi cavab yoxdur.

İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Elnur Abdullayev öz işindədir. Hətta redaksiyamıza xəbər yollayıb ki, “ucuz şou” dan əl çəkək. Ağacların qırılmasını işıqlandırmaq məğər şoudur?

Dövlət başçısı buna ciddi problem kimi yanaşır, hansısa əyalətdəki kiçik məmur buna şou deyir.

Şou həbslər başlayanda olacaq cənab Abdullayev.

Nazirlikdən gələnlər yoxlamalara kəsilmiş ağacları odun kimi göstərmək ayrı. Buna ancaq cərimə düşür. Ancaq qiymətli ağacları qəsdən kəsdirib, qırıb yeşik, mebel sexlərinə daşıtdırmaq- bu artıq cinayət işidir.

Ağaclar hansı sexlərə daşınır

Bəli, . İsmayıllı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin iştirakı ilə bu ağaclardan mebel sənayesində istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonlarda fəaliyyət göstərən sexlərdən ibarətdir.

İsmayıllının özündə bir neçə yerdə yeşik və mebel sexləri var. Elnur Abdullayevin ağacları qırdırıb təhvil verdiyi sexləri sadalayırıq:

1.Kərpic zavodunun arxasındakı sex.

2.Qurban Əfəndi kəndində şəxsi həyətlərdə 2 sex- Fuad və Kamil adlı şəxslərin .

3.Sumağallı kəndində Elçin adlı şəxsin sexi.

4.Cülyan kəndinin sol tərəfində Tural adlı şəxsin sexi.

İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri tərəfindən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər qiymətli ağaclar ən çox Göyçayda mövcud olan mebel, parket və yeşik sexlərinə aparılır.

Bu dəfə də Azerinfo.az olaraq İsmayıllı meşələrində çəkilmiş yeni video və fotoları təqdim edirik.

Prokurorluq orqanları nəhayət Elnur Abdullayevin cinayətlərinə hüquqi qiymət verməlidirlər.