backend

Azərbaycanda polislərlə vətəndaşlarla arasında dava düşüb

Azərbaycanda polislərlə vətəndaşlarla arasında dava düşüb






















Onlar Abbasovun geyim formasını cırıblar.

Bakının Qaradağ rayonunda kütləvi dava baş verib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə oktyabrın 23-də saat 23:30 radələrində, Sahil qəsəbəsi B.Əliyev küçəsində yerləşən Xəzri sadlıq evinin qarşısında baş verib.

Belə ki, Qobustan qəsəbə sakinləri 1960-cı il təvəllüdlü Azər Arif oğlu Veysəlov, oğlu 1988-ci il təvəllüdlü Nacif və digər 2-3 nəfər şəxs xuliqanlıq zəminində biri-birlərini döyüblər.

Həmin vaxt hadisə yerinə gələn 38-ci polis bölməsinin əməliyyat müvəkkili polis baş leytenantı 1981-ci il təvəllüdlü Zahir Qətilağa oğlu Qiyasov, Polis Patrul Xidmətinin polis serjantları 1988-ci il təvəllüdlü Anar Elşad oğlu Azayev, 1993-cü il təvəllüdlü Sahil Şümşət oğlu Süleymanlı və 1987-ci il təvəllüdlü Ramin Mirzəhüseyn oğlu Abbasov həmin şəxsləri nizam-intizama dəvət ediblər.

Lakin onlar polis əməkdaşlarının qanunu tələblərinə məhəl qoymayaraq müqavimət göstəriblər. Nəticədə Ramin Abbasovun geyim formasını qismən cırıblar. Material rayon prokurorluğuna göndərilib.

Faktla bağlı araşdırma aparılır.