backend

SALYAN POSTU SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ

SALYAN POSTU  SÜRÜCÜLƏRİN XİDMƏTİNDƏ














Biz çox vaxt eşidirik ki, dövlət yol polisi əməkdaşları barədə neqativ fikirlər səsləndirilir. Nəzərə almaq lazımdır ki, məlum xidmətin işçiləri əhalinin gözləri qarşısında xidmət göstərirlər və onların incə bir hərəkəti sürücülərin, sərnişinlərin gözləri önündə baş verir. Eyni zamanda, qəbul etmək gərəkdir ki, göz önündən kənarda o qədər nöqsanlara yol verən məmurlar var ki...
Yaxın zamanlarda redaksiyamıza informasiya mənbələrimizdən və vətəndaşlardan, təbii ki, sürücülərdən xeyli maraqlı məlumatlar daxil olmuşdur. Məlumatları analiz edərək, məqalə yazmaq qərarına gələrkən "Salyan posru"adlanan, əslində rəsmi şəkildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi yanında Baş Dövlət Yol Polisi İdarəsinin yol polisi xidmət alayının 728-ci saylı postunun rəhbərliyi və əməkdaşları barədə, hətta bizi də təəccüblənməyə məcbur edən yazılara rast gəldik. Yazıların çoxluğunu nəzərə alaraq, 728-ci post barədə ayrıca yazmaq fikrinə gəldik.
Sürücü Vahid Qurbanov yazır ki, gecə saat iki radələrində idarə etdiyi yük maşını həmin posta yaxınlaşarkən, polis baş serjantı Amid Qəhrəmanov maşını saxladaraq, əl-üzünü yumağı təklif etmiş, yuxusu gəldiyi halda, elə postun yanında dincəlməyi təklif etmiş, aclığının olub-olmadığını soruşmuşdur.Daha bir sürücü Allahyar Məmmədov da eyni məzmunlu məktubla postun bütün əməkdaşlarına redaksiyamız vasitəsi ilə təşəkkürünü bildirməyi xahiş etmişdir.Redaksiyamızın daimi informasiya mənbələri ilə əlaqə yaradaraq, "Salyan postu"barədə daha müfəssəl məlumat ala bildik. Məlum oldu ki, bu nümunəvi xidmətin başında 728-ci postun komandiri,polis mayoru Quliyev Qulu Qüdrət oğlu dayanır. Yəni, sürücüləri yüksək səviyyədə məmnun edən, polis işçisi adına şərəf gətirən məlum hərəkətlər onun xüsusi tapşırığı ilə yerinə yetirilir. Polis kapitanı Səbuhi Məmmədov,baş serjantlar Amid Qəhrəmanov, Bəhram Namazov,Araz Cəfərli gecə saat 24-dən səhər saat 6-dək yük maşınları və avtobus sürücülərini, məhz yuxarıda qeyd etdiyimiz kimi, xüsusilə diqqətdə saxlayırlar, gündüz saatlarında da, öz nümunəvi xidmətlərini davam etdirirlər.
Biz də redaksiya olaraq, "Sayan postu "adlanan postun bütün əməkdaşlarına təşəkkürümüzü bildirir, ölkəmizin bütün aidiyyatı yol polisi əməkdaşlarına onlarda nümunə götürməyi tövsiyyə edirik.