backend

Zakir Fərəcovu prezident yanında bitirdi, Laçın şefinin “qələmi qırıldı” – İddialar

Zakir Fərəcovu prezident yanında bitirdi, Laçın şefinin “qələmi qırıldı” – İddialar














Prezident Nazirlər Kabinetində etdiyi dəyişikliklərdən sonra icra hakimiyyəti strukturlarını “təmizləyir”

FİA.Az-ın xəbərinə görə, Binəqədi, Gədəbəy icra hakimiyyəti başçıları vəzifədən çıxarıldıqdan sonra növbə Laçın RİH rəhbərinə çatıb.

Aqil Nəzərlinin qısa zaman ərzində qazandığı mənfi reytinq onun Laçın icra başçısı postundan getməsinə yol açıb. Ehtimal var ki, yaxın vaxtlarda onunla vida keçiriləcək.

Məcburi köçkünlərin şikayət məktubları, sabiq şöbə müdiri Füzuli Tanirverdiyevin prezidentə açıqladığı faktlar, Müqabil Baxışov adlı laçınlının yaydığı məlumatlar qovluğa tikilib. Həmin qovluğun prezidentin masasına qoyulduğu bildirilir.

Dövlət rəhbərliyinə məruzə olunub ki, A.Nəzərli yarıtmaz kadrdır və onun arxasındakı güc Sumqayıt icra hakimi Zakir Fərəcovdur.

Bütün gözləntiləri puç edən və laçınlıları narazı salan A.Nəzərli artıq prezidentin etimadını doğrultmayıb. Bu da Z.Fərəcova ciddi zərbə olub.

Məlumatlara görə, A.Nəzərlini ölkə rəhbərliyinə Z.Fərəcov təqdim edib və yaxşı məmur olduğuna inandırıb.

Faktlar isə göstərir ki, Laçının icra başçısı fərarilikdən tutmuş Heydər Əliyev haqda danışığını bilməmək qədər özünü rüsvay edib. Laçında isə problemlər xirtdəyə çatıb.

FİA.Az-ın xəbərinə görə, A.Nəzərlini keçmiş işçisi F.Tanirverdiyev ifşa etməklə ciddi faktları ortalığa qoymuşdu.

Prezident isə onu təyin edərkən laçınlılara xidmət etməyi tapşırmışdı. O isə vəzifəyə gələr-gəlməz keçmiş başçı əleyhinə iş aparmışdı.

A.Nəzərlinin qardaşı Müqabil Nəzərli məcburi köçkün İbrahimov Alqulu Şavağat oğlunun feysbuk səhifəsindən istifadə edərək adından 2013-2016-cı illərdə Laçın RİH-nin başçısı işləmiş Akif Səlimov barəsində şantaj dolu yazılar yazmış və nəticədə qarşı tərəfin qaçqını məhkəməyə vermişdi.

Sitat: “Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərli daim mənim yanıma gələrək Akif Səlimovdan və idarə müdirlərindən ərizə yazmağı təkid edirdi.

Müqabil Nəzərli açıq şəkildə bildirirdi ki, yuxarılara biz şantaj dolu ərizələr yazmalıyıq ki, qardaşı Aqil Nəzərli Lacın Rayonuna İcra Başcısı gəlsin”.

Buyurun, Z.Fərəcovun prezidentə təqdim etdiyi möhtəşəm kadrın işi-peşəsi nədən ibarətdir.

Sabiq şöbə müdiri F.Tanirverisyev də A.Nəzərli haqda dəhşətli ittihamlar səsləndirmişdi. Həmin məlumatların prezidentə məruzə olunduğu iddia edilir:

– Orta məktəb dövrünü şagird kimi oxumaqda deyil, gənc, yeniyetmə dövrlərində yanacaq daşıyan maşının arxasında benzin satmaqla,

– Laçın adı altında balaca bir köşkdə yumurta satmaqla işıqlı gələcəyini qurmuş,

– Hərbi xidmət dövrü Biləcəridən o tərəfə olmayan, ancaq general ali hərbi rütbəsinə yüksəlmiş,

– Test imtahanı keçmədən qazandığı pullar sayəsində fultralogiyanı oxuyub, “Təfəkkür” Univeristetinin hüquq fakultəsinin diplomunu əldə edib akademik elmi dərəcəsinə yüksəlmiş

– Tərcümeyi halını yazıb rəhmətlik Muradxan Cabbarova təqdim edə bilməyən,

– Qayınatası Vaqif Cabbarovun vətənə xəyanət etdiyi üçün DTX tərəfindən həbs edilmiş,

– Akif müəllimin Bakıda keçirdiyi iclasda hərbiyə getməyənlərlə xanımlar otursun, hərbi xidmət keçmişlər ayağa qalxsın deyəndə xanımların sırasında oturduğu stuldan qalxa bilməyən, bununla belə Laçın rayon icra başçısı postuna yüksəlməsinə baxmayaraq 74 min laçınlının deyil, yaxın qohum-əqrabasının, Nəzərlilərin və Abbaszadələrin başçısı olan Aqil Nəzərli tərəfindən uyduruq bir oyunla karyerasına son qoyulan ixtisasca hüquqşünas, ehtiyatda olan zabit Fizuli Tanirverdiyev olaraq dəyişməmiş fəxr ediləsi bir ünvanlı titulda qaldın”.