backend

Onlar gedirlər... - Yerlərinə cavanlar gəlir

Onlar gedirlər... - Yerlərinə cavanlar gəlir














3 rayonun icra hakimiyyətinin başçısı yaxın günlərdə dəyişdiriləcək. Bu barədə redaksiyamıza Nazirlər Kabinetindəki mötəbət mənbə informasiya verib. Xəbəri verən qaynaq iddia edir ki, artıq hər üç rayonun rəhbəri ilə bağlı araşdırma da aparılır.

Mənbənin dia.az-a söylədikləri: "Gəncənin, Şabranın və Bakının Nizami rayonunun icra başçısları dəyişdiriləcək. Onların hər üçünün adı yetərincə qalmaqallarda hallandırılıb. Və onların hər üçü barələrində ən çox şikayət olunan icra başçıları sırasında ilk yerlərdə gəlirlər. Təbii ki, son prezident seçkilərindən sonra yeniləşən siyasətə uyğun olaraq hər üç başçıya "əlvida" deməyin də zamanı yetişib".

Mənbə iddia edir ki, hər üç rayona gənc nəslin təmsilçilərinin təyinatı daha çox gözlənilir. Əlavə bilgilərimi olacaq. Bizi izləməkdə davam edin...