backend

Yeni nazir İnam Kərimov yaxşıdır, ətrafı pis? - Aqrar kreditlərlə bağlı yeni fırıldaq

Yeni nazir İnam Kərimov yaxşıdır, ətrafı pis? - Aqrar kreditlərlə bağlı yeni fırıldaq














İman Kərimov bir neçə iri çaplı tuği-lənət olub kəndlinin, fermerin boğazına keçmiş “köhnə qurdlar”ı təmizləmək istəsə də buna nail ola bilməyib. Hətta məlumata görə nazirə dirsək göstərnlər də olub...

Bilindiyi kimi, kənd təsərrüfatı sahəsində “qazanc” sahələrindən biri də kreditlər idi. Hamının bildiyini bir daha təkrar edək ki, kənd təsərrüfatının hansısa sahəsini inkişaf etdimərk üçün kredit götürmək istəyən fermer-sahibkar mütləq şəkildə “şapka” verməli idi. Əks təqdirdə, müvəkkil banklar və Kənd Təsərrüfatı Nazirliyinin müvafiq idarələri imtina üçün kredit almaq istəyən fermerin sənədlərində min cür əyri-əskik tapırdılar.

Yeni nazir İnam Kərimovun gəlişindən sonra İsmət Abbasovun zamanından qalma, Heydər Əsədovun dövründə isə daha da intişaf etmiş bu bəd xassəli şişin kəsilib atılacağına böyük ümidlər yaranmışdı. Çünki İman Kərimov bu günə qədər Azərbaycanfa ən şəffaf məmur ünvanı qazanmış biridir və yeni kənd təssərrüfatı nazirinə bəslənən ümid heç də təsadüfi hesab olunmamalıdır. Lakin təəssüflə MilliYol-a daxil olan məlumatlara və şikayətlərə əsasən qeyd edirik ki, İnam Kərimovun təyinatından iki aya yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə quru vədlərin verilməsi xaric, ciddi tərpəniş hiss olunmur. Hər halda aqrar sahədə çalışan və dövlətdən güzəştli kredit alaraq öz təsərrüfatını yenidən qurmaq istəyən və bu yolla kənd təsərrüfatının inkişafına dəstək olmaq istəyən insanların ümumi fikri belədir.

Çoxları kimi biz də inanırıq ki, yeni nazir kənd təsərrüfatının dirçədilməsində maralıdır. Ən azından ölkə prezidentinin məhz İman Kərimovu kənd təsərrüfatı naziri tətin etməsi və İman Kərimovun özünün qazandığı imic də bunu deməyə əsas verir. Lakin o, yerlərdə tuği-lənət olub kəndlinin, fermerin boğazına keçmiş “köhnə qurdlar”ın nəyə qadir olduğunu bilmir. İndi aqrar sahə kredit ayırlmalı olan təşkilatlar, müvəkkil banklar yeni fırıldağa əl atıb. “Şapka” vermək istəməyən fermerlərə deyirlər ki, biz xırda kreditləri verə bilirik və böyük məbləğlər üçün nazirliyə müraciət etsinlər. Beləliklə, “sözə baxmayan” fermerləri uzaqlaşdırır, yalnız yaxından tanıdıqları, “etibarlı” sahibkarlara kreditlər ayırırlar və təbii ki, “şapkası” ilə.

Bu məsələdən İnam Kərimovun xəbəri var, ya yoxdur, bilmirik. Bəlkə yeni nazir də əvvəlkilər kimi özü yaxşıdır, ətrafı pis…

Bu arada MilliYol-un Nazirlikdən əldə etdiyi məlumata görə, İman Kərimov bir neçə iri çaplı tuği-lənət olub kəndlinin, fermerin boğazına keçmiş “köhnə qurdlar”ı təmizləmək istəsə də buna nail ola bilməyib. Hətta məlumata görə nazirə dirsək göstərnlər də olub... Görünən odur ki, kənd təsərrüfatı sahəsində “köhnə qurdlar” hələ meydan sulamaqda davam edəcəklər....