backend

Cənnət, cəhənnəm və Bakı arasında 8 qapı — Paranormal xəstəxanadan VİDEOGÖRÜNTÜLƏR

Cənnət, cəhənnəm və Bakı arasında 8 qapı — Paranormal xəstəxanadan VİDEOGÖRÜNTÜLƏR














Dünyada olduqca sirli, anlamı izah olunmayan hadisələr və məkanlar var.
“Ölkə.Az”ın "İkibaşlı" komandası bu tip maraqlı, sirli, mistik və bir o qədər də paranormal hadisələri özündə birləşdirən məkanları aşkara çıxarmağa qərar verdi.

Məqsədimiz sözügedən məkanları axtarıb tapmaq və həmin məkanlarda çəkilişlər etmək, yaşanan bütün qəribə hadisələri sizə olduğu kimi göstərməkdir.

Yolumuzu ilk olaraq Bakının Maştağa kəndinə saldıq. Eşitdiklərimizi öz gözümüzlə görmək üçün bir də qərar verdik ki, kameramızın gözündən də istifadə edək və siz də şahid olun.

Sözügedən kənddə "Səkkiz qapı" deyilən bir yer var. O yer ki, oraya bir qism insanlar inanc yeri, şəfa mənbəyi kimi baxırlar. Ən maraqlısı isə oradakı səkkiz qapıdan keçdikdən sonra “Cənnət”ə düşəcəklərini ehtimal edənlər də var. Amma təkcə səkkiz qapını keçməklə iş bitmir. Əsas məsələ, sonuncu qapıdan çıxarkən yaşlı bir kişinin “qılınc”ı dəmirə var gücü ilə vurmasından qorxub-qorxmamaqdır. Əgər sonda qorxsanız cənnətə, qorxmasanız isə cəhənnəmə düşəcəksiniz. Söz yox ki, buraya yalnız “Cənnət eşq”i ilə yox, qorxuluqlarını götüzdürmək (çıldaq) məqsədiilə gələnlər də var. Biz də bu qapılardan keçdik. Sadəcə, keçdik. Bircə onu deyə bilərik ki, bu qapıların sayı nə yaxşı ki, səkkizdir. Məlikməmmədin nağılındakı kimi qırx deyil. Əsas siz siz olun doğru qapılardan istifadə edin ki, istədiyiniz mənzilə çatasınız. Əks təqdirdə bəzən bu cür qapılardan fırlanaraq keçib elə olduğunuz yerdə dairə çəkəcəksiniz. Biz də bu qapılardan aralaşıb digər qapıya üz tutduq.
Getdiyimiz növbəti məkanın isə düzdür, qapısı olmasa da 10 ildən çoxdur tərk edilib. Tarixi çox qədim olan bu bomboş məkan əvvəllər xəstəxana kimi fəaliyyət göstərib. Deyilənlərə görə, bu xəstəxananın tikintisi zamanı sökülmüş məscidin daşlarından istifadə olunub. Hətta bəzi sakinlər zaman-zaman gecələr buradan qəribə səslər gəldiyini deyirlər. Bunun nə dərəcədə doğru olub-olmadığını yoxlamaq üçün havanın qaralmağını gözlədik. Axşam azanından sonra boş divarlardan ibarət binaya daxil olduq. İllərdir ki, adam nəfəsi dəyməyən divarlar elə bil üstümüzə gəlirdi. Gördüklərimiz bizi həm təəccüblədirdi, həm də heyrətləndirdi. Diqqətlə izləməyiniz tövsiyə olunur.

Beləliklə, hər iki sirli məkanda gördüklərimiz və çəkdiklərimizi sizə təqdim edirik:

Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə *3000 taksi şirkətinə təşəkkürümüzü bildiririk.