backend

“Elvin”nin rəhbərliyinə "gözün üstə qaşın var” deyən tapılmır.

“Elvin”nin rəhbərliyinə "gözün üstə qaşın var”  deyən tapılmır.












Fahişəxananın yüksək çinli məmura məxsus olduğu bildirilir

Hüquq-mühafizə orqanlarının dəfələrlə paytaxtın ayrı-ayrı yerlərind onlarla fahişəxanaları aşkarlamalarına baxmayaraq təəssüf ki, əxlaqsızlıq yuvalarının fəaliyyətinə birdəfəlik xitam verilmir. Bütün bunlar göstərir ki, həmin bar-saunaların rəhbərləri həbs edilməli, məsuliyyətə cəlb olunmalıdır. Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları paytaxtın ayrı-ayrı rayonlarında yerləşən bir sıra əxlaqsızlıq yuvalarında reyd keçirsələr də, bar-saunalardakı reydlər zamanı onlarla fahişəni aşkarlasalar da, bəzi obyektlərin yüksək vəzifəli məmurlar tərəfindən himayə edilməsi belə halların kökünün birdəfəlik kəsilməsinə imkan vermir.
Bütün bunlar onu göstərir ki, hüquq-mühafizə orqanları bu istiqamətdə mübarizəni daha da gücləndirməlidir. Ümumiyyətlə hər kəs çox yaxşı bilir ki, insan alverinin ən çox yayılmış növü məhz qadın ticarətidir. Paytaxtın digər yerlərində fəaliyyət göstərən çoxsaylı istirahət mərkəzləri, qonaqların istirahət etdikləri məkan kimi deyil, başqa xidmətlər təklif edən obyekt kimi tanınır. Belə obyektlərin ucbatındandır ki, dünyanın bir çox yerlərində olduğu kimi, ölkəmizdə də QİÇS virusuna yoluxanların sayı çoxalır. Bütün bunlara rəğmən demək olar:- paytaxtda əxlaqsızlıq hallarının sayı ildən-ilə artır. Bir sıra qəsəbələrdə yerləşən otellərdə əxlaqsızlıq məclisləri hər gecə təşkil olunur ki, belə yerlərdə bir gecədə 30-35 otaq müştərilərin xidmətinə verilir. Həmçinin ehtiyac olarsa, ofisiantlar müştərilərə qız da gətizdirə bilir. Elə obyektlər var ki, orada qızlar qonaqlara "xidmət" göstərirlər. Qeyd etdiyimiz kimi, ayrı-ayrı məmurların himayədarlığı altında fəaliyyət göstərən bəzi əxlaqsızlıq yuvalarının sayının günbəgün artması həyəcan təbili çalmağın vaxtının yetişdiyini göstərir. Təəssüf ki, həmin obyektlərin yığışdırılması problemi artıq uzun illərdir birdəfəlik həll edilmir. Elə bunun nəticəsi olaraq, hər il gənclər arasında yoluxucu xəstəliklər artır, ailələr dağılır. Bir sıra yeniyetmələr əxlaqsızlığa düçar olur. Belə əxlaqsızlıq yuvalarından biri də “Elvin”dir.
Bu fahişəxana əsl qadın alveri məkanına çevrilib. Buranın müştəriləri bir qədər xərcə düşməklə istədikləri formada əylənə bilirlər. Özü də uzun müddətə. Ona görə ki, artıq neçə ildir aidiyyəti orqanlar əsl qadın alveri məkanına çevrilmiş " Elvin "nin rəhbərliyinə "gözün üstə qaşın var" - deyən tapılmır. Qeyd etdiyimiz kimi, hüquq-mühafizə orqanlarının əməkdaşları bu tip obyektlərə və onların rəhbərlərinə qarşı ciddi mübarizə aparsalar da, nədənsə hələ də qadın alverini reallaşdıran şəxslər, həmçinin onların himayədarları olan ayrı-ayrı məmurlar öz bildiklərini edir, bizneslərini genişləndirirlər.
Müştərilər bildirirlər ki, bu kafe tipli oteldə dincəlmək bir qədər baha başa gəlir - 50-70 manata. Özü də "dincəlmək" necə dincəlmək! Axı digər otellərdə görmədiklərinizi burada izləyə bilərsiniz. Özü də tam təhlükəsiz şəraitdə. Elə buna görədir ki, "Elvin"in müştərilərinin sayı gündən-günə çoxalır. Şübhəsiz ki, buna rəvac verən faktor əxlaqsızlıq yuvalarının fəaliyyətinə kifayət qədər nəzarət edilməməsi, belə obyektlərin himayə olunmasıdır.
Qeyd edək ki, «Elvin» əxlaqsızlıq yuvasının fəaliyyəti barədə sakinlər dəfələrlə müvafiq orqanlara müraciət ediblər. Lakin bir çox hallarda heç kim bu məsələyə müdaxilə edib biabırçılığı aradan qaldırmır. Əksinə, bəzi qurumların işçiləri çox qəribə və gülünc variantla canını məsuliyyətdən qurtarırlar. Yüksək vəzifəli məmura məxsus olan bu obyektdə baş verənlərə heç kim müdaxilə edə bilmir.

Düzdür, arada bir polislər bu kafedəki fahişələri oradan yığışdırırlar. Ancaq bu əxlaqsızlıq yuvası bir neçə gün bağlı qalsa da, sonradan yenə fəaliyyətini davam etdirir. Ən xoşagəlməz faktlar isə ondan ibarətdir ki, bəzən sakinlər buradakı əxlaqsız qadınları özləri aşkarlayıb qovur, ya da müvafiq yerlərə təhvil verirlər. Belə çıxır ki, yüksək vəzifəli bəzi məmurların himayəsində olan fahişə yuvaları hələ işləyir. Nəzərinizə çatdıraq ki, bir sıra əxlaqsızlıq yuvaları barədə dəfələrlə mətbuatda yazılanlara rəğmən hələ də hüquq-mühafizə orqanları belə əxlaqsızlıq yuvaları barədə tədbir görmür.
Araşdırmamız davam edir.