backend

Ağsu RQİTBŞ-də “bazar”

Ağsu RQİTBŞ-də “bazar”























Ağsu RQİTBŞ-yə yolu düşənlərə məsləhətim budur ki, cibində əməlli-başlı pulu olsun.

Çünki bu idarənin özünə məxsus “bazarı” var. Sürücülük vəsiqəsi almaq istəyənin ən azından 800-manatı olmalıdır. Bu idarədə nəqiliyyat vastəsini texniki baxışdan keçirmək üçün 80 manat pul verməlisən. Nəqliyat vasitəsinin dövlət qeydiyyat nişanın dəyişmək və ya yaşadığın ünvana qeydiyyata salmaq istəyirsənsə 150 manatdan başlayan qiymatləri ödəməlisən. İlkin deyilən məbləğ çox olursa insafa gəlib qəpik quruş keçirlər. Yenə çox ŞÜKÜR.
Bu idarədə bir xüsusi üsul da var, vəzifəli qohumun tərəfindən tapşırılsan 20 faiz güzəştə gedirlər. Məsləhətimiz budur ki, dövlət rüsümunun adını belə çəkmə. Çünki Güləsən müəllimin bu sözdən acığı gəlir, allergiyası var. Elə idarə rəyisi Sahib müəllimin də Cənab prezidentin verdiyi qərar və göstərişlərdən xəbəri yoxdur. Heç onu axtarmağa da dəyməz. Çünki Sahib müəllimin günü Bakıda keçir, bu “bazar”ı isə telefonla idarə edir.