backend

Acından ölən İrəvanda milyonçu var, bizdə isə yoxdur

Acından ölən İrəvanda milyonçu var, bizdə isə yoxdur











“Bizim deputatlar ancaq maaşla dolanır, o da çatmır, tez-tez maaşın azlığından şikayət edirlər”.

Bu açıqlama ilə iqtisadçı Natiq Cəfərli öz Feysbuk səhifəsində çıxış edib.
O, hələ də Azərbaycanda rəsmi gəlirlərini bəyan edən milyonçunun olmadığını deyib: “Azərbaycanda hələ də rəsmi gəlirlərini bəyan edən milyonçu yoxdur. Gürcüstanda 60-dan çox, Ukraynada 1000 nəfərə yaxın, Qazaxıstanda 100- dən çox milyonçu, Rusiyada 100-ə yaxın milyarder, minlərlə milyonçu var. Acından oboyları yeyib-bitirən işğalçı Ermənistanda isə rəsmi 79 milyonçu var, daha ötəsi, bunlardan 20-si parlamentdə deputatdır və bu 20 nəfərdən cəmi 9-u hakim partiyanın üzvüdür. Bizim deputatlar isə ancaq maaşla dolanır, o da çatmır, tez-tez maaşın azlığından şikayət edirlər”.