backend

Elmar Vəliyevlə xalq artistinin davasının sensasion pərdəarxası FİA.Az-da... - ŞOK OLAY

Elmar Vəliyevlə xalq artistinin davasının sensasion pərdəarxası FİA.Az-da... - ŞOK OLAY















Gəncə icra başçısı Elmar Vəliyevin Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının konsertinə biletləri müəllimlərə məburi satdırması xəbəri zəlzələ effekti verdi

FİA.Az-ın feysbuk üzərindən əldə etdiyi məlumata görə, filarmoniyanın direktoru, xalq artisti Samir Cəfərovun tutduğu vəzifədən istefa verməsinə də bu hadisə səbəb olub.

Sosial şəbəkələrdə belə iddialar səslənməkdədir ki, xalq artisti ilə Gəncənin meri arasında qarşıdurma olub və mübahisə ediblər.

Bundan sonra xalq artisti tutduğu vəzifədən istefa verərək Gəncəni tərk edib. Bir neçə gündür Bakıya qayıdan Cəfərovun şəhər rəhbərliyi ilə münasibətləri gərginləşib.

İddialara görə, S.Cəfərov şəhərin idarə və müəssisələrində filarmoniyada təşkil edilən konsertlərə məcburi bilet satılmasına etiraz edib.

E.Vəliyevlə yaşanan konflikt nəticəsində xalq artisti işləməyin mümkün olmadığını anlayıb və direktorluqdan gedib.

Olke.az yazıb ki, S.Cəfərov Gəncə rəhbərliyindən xoşagəlməz sözlər eşidib. Məhz bu hadisədən sonra istefa verib.

S.Cəfərov ötən ilin iyunundan bu postu tuturdu. O, məsələylə bağlı danışmaq istəmədiyini bildirib.

Ancaq susması ilə iddiaları təsdiqləmiş olub. Çünki E.Vəliyev Gəncədə bütün təbəqələri boğaza yığmaqdadır.

FİA.Az media üzərindən xatırladır ki, bu günlərdə onun Gəncə flarmoniyasına müəllimlərə məcburi bilet satdırması növbəti gərginliyə səbəb olub. Müəllim maaşı dolanışığa yetmədiyi halda bilet bazarı açılıb.

Universitetlərin, kolleclərin və orta məktəb müəllimlərinin E.Vəliyev tərəfindən məcburən flarmoniyada keçirilən bütün konsertlərdə iştirakına başlanıb.

Hər bir təhsil müəssisəsinə 50 manat civarında olan konsert biletləri məcburi qaydada göndərilir.

Maraqlıdır, öz müavini Sevda Qurbanəliyeva, işçiləri Həsən Məmmədov və Yadigar Bədəlov vasitəsilə bütün təhsil müəssisələrinə zəng edərək biri 50 manatdan bilet verir.

Müəssisə rəhbərləri də həmin biletləri məcburi qaydada müəllimlərə satır. Konsertin müddəti keçmiş olsa da dəxli yoxdur, pulu alınır.

Filarmoniyanın tutumundan 2 dəfə çox adama bileti məcburi şəkildə satırlar. Gəncə “xan”ı bilir ki, bu konsertlərə heç kim gəlmir.

Ona görə, yerlərin sayı 1200 olmağına baxmayaraq, 2000-dən artıq bilet satılır. Biletdə sıra və yerin nömrəsi, habelə biletin seriyası ağardıcı ilə ağardılıb.

Həmin nömrə ilə biletin hansı müəssisəyə verildiyini müəyyənləşdirib, həmin işçiləri işdən çıxaracaqlar.

Bundan başqa, hər həftə “Kəpəz” futbol komandasının biletlərini müəllimlərə məcburi şəkildə satıblar.

Tələbə və müəllimləri dərsdən çıxarıb məcburi qaydada futbola, iməciliyə, küçə süpürməyə, hansısa bir obyektin açılışına aparırlar.

Hansı müəssisə müdiri bu biletləri götürməsə və ya pulunu bir gün gecikdirsə onda "kef " başlayır.

Həmin şəxs ya vəzifəsini itirir, ya da ən yaxşı halda iclaslarda icra başçısı Elmar Vəliyevin söz ehtiyatında olan biabırçı təhqir və söyüşlərə tuş gəlir.

İcra başçısının leksikonunda olan söyüşlərin sayına və rəngarəngliyinə görə respublikada məşhurdur.

İndi təsəvvür edin, bir ayda əgər 4-5 konsert olarsa ,onda kasıb müəllimlərin aylıq maaşları heç bilet pulunu ödəmir.

“Bu təhsil müəssisələri Elmar Vəliyevin nəzarətindədirmi yoxsa cənab nazir, sizin? Bu biabırçılığa son qoymaq lazımdır.

Gah kukla teatrı, gah dram teatr, indi də ortaya flarmoniya çıxıb. Axı bu millət yazıqdır?!

Uşaq bağçaları, orta məktəblər, kolleclər, peşə məktəbləri, universitetlər, səhiyyə idarələri, xəstəxanalar, bütün müəssisələr bilet problemini yaşayır”, - deyə Gəncədən yazmışdılar.