backend

Məşhurlar intihar etmək istəyən Nazilə Səfərliyə görə ayağa qalxdılar — FOTO

Məşhurlar intihar etmək istəyən Nazilə Səfərliyə görə ayağa qalxdılar — FOTO















Şairə Nazilə Səfərli, qardaşının keçmiş həyat yoldaşı Pərvanə Əliyeva və teleaparıcı Xoşqədəm Hidayətqızı arasında baş verən qalmaqal yenidən alovlanıb.
Nazilə Səfərlinin bildirdiyinə görə, “Xəzər” televiziyasında yayımlanan “Səni axtarıram” verilişinə Nazilə Səfərlinin qardaşı Məhəmməd Məmmədovun keçmiş həyat yoldaşı Pərvanə Əliyeva çıxarılaraq Xoşqədəm Hidayətqızı tərəfindən öyrədilib və onun üzərindən reytinq qazanıb.

Barəsində yalandan uydurulan cəfəngiyyatlardan təngə gələn tanınmış şairə dünən “İnstagram”-da canlı yayım vasitəsilə çıxış edib. İş o yerə çatıb ki, hələ də səngimək bilməyən söz-söhbətdən bezdiyini deyən Nazilə Səfərli, Xoşqədəm Hidayətqızına “Xoşqədəm, məni intihara sövq etmə! Məndən əl çək! Sən kimsən ki, mənim adımı çəkirsən?!” – deyib.

Şou-biznesin tanınmış simaları – Xatirə İslam, stilist Anar Ağakişiyev, Nazənin, Tacir Şahmalıoğlu, eləcə də ölkəmizin bir çox ziyalı insanları da Nazilə Səfərlinin bu çağırışına səs verib, ona dəstək olduqlarını deyiblər. Bu məsələdə onu haqlı tərəf kimi gördüklərini öz “İnstagram” hesablarında yazıblar.

Məşhurlar intihar etmək istəyən Nazilə Səfərliyə görə ayağa qalxdılar — FOTO