Sağ qalan Milli Qəhrəmanlarımız — SİYAHI

277

Sağ qalan Milli Qəhrəmanlarımız — SİYAHI















Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan müharibədə şücaət göstərmiş 215 nəfərə Milli Qəhrəman adı verilib. Sonuncu dəfə bu fəxri ad Prezident İlham Əliyevin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova verilib (ölümündən sonra).
2016-cı ilin “Aprel döyüşləri” zamanı qəhrəmanlıq göstərmiş 3 hərbçiyə də Milli Qəhrəman adı verilmişdi. Dördgünlük müharibənin qəhrəmanları polkovnik-leytenant Murad Mirzəyev (ölümündən sonra), mayor Samid İmanov (ölümündən sonra) və polkovnik-leytenant Şükür Həmidov (sağdır) olmuşdu.

Bəs qəhrəmanlardan neçəsi hazırda sağdır və onlar kimlərdir? Əksər hallarda ictimaiyyət nümayəndələri kimlərin sağ, kimlərin şəhid olduğunu bilmir. Hazırda Azərbaycanın 215 Milli Qəhrəmanından yalnız 17 nəfəri sağdır.

Onları siz də tanıyın – soldan sağa şəkil sırası ilə adlar:



1. Maşallah Abdullayev

2. Bəxtiyar Allahverdiyev

3. İntiqam Atakişiyev

4. Rövşən Əkbərov

5. Vahid Quliyev

6. Şahin Tağıyev

7. Fəxrəddin Cəbrayılov
8. Ehtiram Əliyev

9. Məhəmməd Həsənov

10. Şükür Həmidov

11. Fariz Qəhrəmanov

12. Mədət Quliyev

13. Mirzə Quliyev

14. Zabit Quliyev

15. Fariz Mədətov

16. Mövsüm Məmmədov

17. Sahil Məmmədov

(Modern.az)