backend

Əsir jurnalist dünyaya İŞİD-in uğurlarından danışır - VİDEO

Əsir jurnalist dünyaya İŞİD-in uğurlarından danışır - VİDEO






















Onun sözlərinə görə Kobani uğrunda döyüşlər sona yaxınlaşır.

“İslam Dövləti” terror təşkilatının yaraqlıları britaniyalı jurnalist Con Kemtlinin, Kobani şəhərinin yaraqlıların nəzarəti altında olmasından danışdığı videonu yayıblar.

qaynarxett.az Vesti-yə istinadən xəbər verir ki, videoda girovun sakit səslə “İslam dövləti”nin bölüklərinin Kobaninin mərkəzində olması və şəhərin şərqi və cənubi hissələrinə nəzarət etməsi barədə danışması aydın görünür.Onun sözlərinə görə, Kobani uğrunda döyüşlər sona çatır.

Britaniyalı girovun dəqiq yerini və videonun əsilliyini təsdiqləyən məlumat daxil olmayıb. “Rossiya 24” kanalı xatırladır ki, daha öncə kürdlərin dəstələri Kobaninin bir neçə rayonundan İD yaraqlılarını çıxardıqları barədə məlumat verilmişdi.