backend

Göyçayın bir kəndi zəhərlənib: Rəşad Şükürovun menyusuna - Fotolar

Göyçayın bir kəndi zəhərlənib: Rəşad Şükürovun menyusuna - Fotolar















Göyçayın Qarabaqqal kəndi ərazisində, mal-qara otarılması üçün ayrılan əraziyə məişət tullantıları atılır

Bu barədə kənd sakinləri FİA.Az-a şikayət ediblər.

Sakinlər bildirirlər ki, son günlər yağan güclü yağışların nəticəsində tullantılar yaxın ərazidən keçən kəndin yoluna da yayılıb.

Vətəndaşların iddiasına əsasən həmin ərazidə otlağa göndərilən mal-qara tullantılardan zəhərləniblər, bunun nəticəsində vətəndaşların təsərrüfatına ziyan dəyib.

Bu fakt öz növbəsində Qarabaqqal kənd bələdiyyəsinin və RİH-nin şəhər üzrə ərazi nümayəndəsi Rəşad Şükürovun fəaliyyətsizliyini ortaya qoymaqdadır.

Şükürovun qoçu dəstəsi saxladığı, vətəndaşlara “divan tutduğu”, icra başçıları ilə belə hesablaşmadığı iddiaları var.

Media üzərindən xəbər veririk ki, əvvəl Mübariz Ağayevin, indi də Mehdi Səlimzadənin dövründə R.Şükürov kabusu Göyçayda yaşanır.

Bir müddət öncə R.Şükürov başına dəstə toplayaraq “AVA-N” MMC-yə məxsus kənd təsərrüfatı məhsulları bazarına hücum çəkmişdi.

Göyçay rayon İcra Hakimiyyətinin Bələdiyyələrlə və kənd icra nümayəndələri ilə İş şöbəsinin müdürü Rəşad Şükürovdur.

Bu ad göyçaylılara yaxşı tanışdır. Gənc yaşlarından İcra Hakimiyyətinə gələn məktubları ünvanlara çatdırılması ilə məşğul olub.

Rəşad Şükürov nəinki kənd bələdiyyələrinin və icra nümayəndələrinin, yerli sahibkarların da “torbasını tikmək”lə məşğuldur. Həm də özü yerli sahibkarlardan sayılır.

FİA.Az xəbər verir ki, Göyçaya icra başçısı Mehdi Səlimzadə gəldiyi gündən rayonda ara qarışıb.

İcra başçısı və nümayəndəsi R.Şükürov prezidentə qarşı gedərək sahibkarları boğur, hüquqlarını tapdalayır, cəngəllik qanunları hökm sürür.

M.Səlimzadədən çoxaylı şikayətlər var və hər gün demək olar ki, göyçaylılar hansısa özbaşınalıqdan narazılıq edirlər.

Artıq icra başçısı qara dosyeyə düşmək üzrədir. Çünki PA monitorinq aparır. Onun nümayəndəsi Rəşad Şükürov da sahibkarlara, ticarətçilərə divan tutur.

Mehdi Səlimzadə Göyçaya icra başçısı təyin olunandan sonra onu işdən azad etmiş, çox minnətdən və yalvar-yaxardan sonra şəhər üzrə səlahiyyətli nümayəndə təyin etmişdi.

Redaksiyamıza gələn məlumatlara görə, kənd bələdiyyələrinə və kənd icra nümayəndələrinin başına açdığı oyunu bu gün o, sahibkarların başına açmaqdadır.

Onun icazəsi olmadan şəhərdə heç kim obyektinin qarşısına mal yığa bilməz. Onun icazəsi olmadan bu gün başlanan yay mövsümü ilə əlaqədar qoyulan su, dondurma aparatları belə işləyə bilməz.

Bunun üçün Rəşad Şükürovun “bığlarının altından” keçmək lazımdır. Rəşad Şükürov özü sahibkar olsa da, sahibkarlara “divan tutmaq”la məşğuldur. Onun nəzarətində bir neçə mağaza, mebel və yeşik sexləri var.

Bu azmış kimi, R.Şükürovun rayonda müxalifətçilərə məxsus biskivit sexinə himayədarlıq etdiyi və hətta şərik olduu iddiaları səslənir.

Həmin sexdən qazanc əldə edən müxalif fikirli insanların Bakıda təşkil edilən mitinqlərə gedənləri maliyyələşdirirlər.

Onlar R.Şükürovu arxayın edərək bildiriblər ki, bu yaxınlarda hakimiyyət dəyişəcək və yaxşılığın müqabilində ona kadr kim yüksək vəzifə tapşırılacaq.

Təbii ki, bu iddialar müxaliflərin Z.Məmmədovun kadrını əldən buraxmamağa hesablanıb.

Çünki heç bir siyasi dəyişiklik ab-havasından söhbət gedə bilməz.

Adıçəkilən hər bir kəsin mövqeyini işıqlandıra bilərik.

Göyçayın bir kəndi zəhərlənib: Rəşad Şükürovun menyusuna - Fotolar
Göyçayın bir kəndi zəhərlənib: Rəşad Şükürovun menyusuna - Fotolar
Göyçayın bir kəndi zəhərlənib: Rəşad Şükürovun menyusuna - Fotolar
Göyçayın bir kəndi zəhərlənib: Rəşad Şükürovun menyusuna - Fotolar