backend

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır

Palata: “Günay Bank”la bağlı yayılmış məlumatlar əsassızdır














Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) “Günay Bank” ASC-nin İdarə Heyəti sədrinin keçmiş müavini Emil Zeynalovun Bankın 100 mln. manat məbləğində vəsaitini götürərək ölkədən qaçması barədə mətbuatda yayılmış məlumatlara münasibət bildirib.
Qurumun mətbuat katibi Elşən Allahverdiyev “Report”a verdiyi açıqlamada bu məlumatların əsassız olduğunu bildirib.
“Palatanın əməkdaşları qrafikə uyğun olaraq bir aydan çoxdur ki, “Günay Bank”da yoxlamalar aparır və Bankdan kütləvi şəkildə vəsait çıxarılması halı aşkar etməyiblər. “Günay Bank”ın fəaliyyəti, maliyyə göstəriciləri normativlərə, pridensial normalara uyğundur”, - deyə o, qeyd edib.