backend

Şok: Bu ayaqqabının altında “Allah” yazısı yazılıb - FOTO

Şok: Bu ayaqqabının altında “Allah” yazısı yazılıb - FOTO






























“Mağazanın sahibini soruşdum, heç kimin olmadığını dedilər”.

Sosial şəbəkələrdə altında ərəbcə “Allah” yazılmış ayaqqabı fotosu yayılıb.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, şəkli şəxsiyyəti naməlum Ankara sakini paylaşıb.

Həmin şəxs ayaqqabı almaq üçün mağazaya getdiyi vaxt ayaqqabının altında bariz şəkildə ərəbcə “Allah” yazısını gördüyünü ifadə edib.

“2014-cü il oktyabrın 18-də alış-veriş vaxtı Ankara “Gimart Kamal Tanca” mağazasına girdim. Uşaq ayaqqabıları bölümündə iki ayaqqabının altında bariz şəkildə ərəbcə “Allah” yazıldığını gördüm. Mağazanın sahibini soruşdum, heç kimin olmadığını dedilər. Satıcıya ayaqqabının altını göstərdim, maraqlanmadılar. Mən də bu məlumatı sizinlə paylaşıram”.

Müqayisə üçün ərəbcə Allah yazısını oxucularımıza təqdim edirik.
Şok: Bu ayaqqabının altında “Allah” yazısı yazılıb - FOTO