backend

Yol polisləri “avtoş”un əl-qolunu bağlayıb apardılar – VİDEO

Yol polisləri “avtoş”un əl-qolunu bağlayıb apardılar – VİDEO






















Hadisə Binəqədidə baş verib.

Azərbaycanda yol polisi əməkdaşları və avtoxuliqan arasında yaşanan münaqişəni əks etdirən videogörüntülər yayılıb.

qaynarxett.az xəbər verir ki, videonu Avtosfer.az saytına oxucular göndəriblər.

Bildirilir ki, videogörüntülərdə əks olunan hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, kadrlardan məlum olur ki, Binəqədi rayon Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtoxuliqanlıq edərək, polisə tabe olmayan sürücünü körpünün altında saxlaya biliblər. Sürücü müqavimət göstərdiyi üçün, polis onun əl-qolunu bağlayaraq maşına əyləşdirib və hadisə yerindən uzaqlaşdırıb.